Biznesmen xeyr deməyi bacarmalıdır

Biznesmen xeyr deməyi bacarmalıdır
1021

Zamanın çox az olduğunu nəzərə alaraq o zamandan çox düzgün şəkildə istifadə etməliyik. Düşünürəm əgər uğurlu bir biznesmen olmaq istəyirsinizsə bəzi istəklərinizə və sizə olan təklif və sizdən yardım istəmələrə xeyr deməyi bacarmalısınız. Bu o demək deyil ki, hər kəsə xeyr deyib sadecə öz işinizə yönələsiniz. Lazımsız və yaxud da sizə zaman itkisindən başqa heçnə qazandırmayan bir işdirsə elə oracada o işə xeyr deməlisiniz. Bunu elə bir formada deməlisiniz ki, necə deyərlər "nə şiş yansın, nə kabab".

Mən hər zaman uğurlu olmaq üçün əlaqələrin gücündən bəhs etmişəm. Yazılarımda uğurlu olmaq üçün ətrafımızdakı insanlarla əlaqələr qurmaq, onlara vaxt ayırmaq haqqında çox bəhs etmişəm. İndi də təsdiqləyirəm. İnsanlarala əlaqələr yaratmaq çox mühümdür. Ancaq baxır kimin ilə. Əgər o şəxslər sizin biznes yolunuzda sizə gələcəkdə dəstək çıxanlardırsa, bu insanların qədrini bilmək və onlarla vaxt keçirməyə açıq olun. O günlərdə bir sitat gördüm. Bill Cosby deyir ki, " Uğurun yolunu bilmirəm, ancaq uğursuzluğun yolu hər kəsi məmnun etməkdən keçir". Həqiqətəndə böyük sözdür. Siz əgər hər kəsə bəli desəniz, hər kəsi razı salmaq istəsəniz baxacaqsınız ki, öz biznesinizdə uğursuz olmusunuz və özünüz həyatınızdan məmnun deyilsiniz.

Bunun üçündə liderlik qabiliyyətlərindən biri xeyr deməyi bacara bilməkdir. Vaxtın düzgün istifadəsi haqqında yazdığım 24 saat yazısını oxumusuzun düşünürəm. Günlük planlar və o planlara çatmaq istəyi. Əgər biz hər gün qarşımıza çıxan şəxsi istəklər, təkliflər və yardım istəmələrə bəli desək öz günlük planlarımızı düzgün şəkildə istifadə edə bilməyəcəyik. Bununlada 24 saatdan düzgün istifadə edə bilmədiyimiz üçün işlərimizdə ləngimələr olacaq. Bu isə tədricən layihələrimizdə, biznesimizdə şəxsi karyeramızda uğursuzluğa səbəb olacaqdır..

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/