Biznes və Risk

Biznes və Risk
1201

Bügünlərdə bir məsələ barədə ciddi-ciddi düşünürəm – necə olur ki, bəzi adamlar çox rahatlıqla biznesə başlayır, nələrisə edir (etməyə çalışır), bəzi adamlar isə öz mükəmməl ideyalarını reallaşdıra bilmir. Necə olur ki, orta bilik səviyyəli adamlar çox böyük uğurlar qazanır, amma fundamental biliyə sahib olanlar sadəcə bu orta biliklilərin yanında çalışır, onların hədəflərini reallaşdırmaq üçün bir vasitə rolunda olur? Çox düşündükdən sonra bir məsələdən əmin oldum – risk etmək qabiliyyəti həqiqətəndə biznes adamını fərqləndirən xüsusiyyətdir. Bilirsiz niyə?

İstənilən bir biznes fəaliyyətinə başlanılan zaman bütün detalları hesablamaq olmur. Bu mümkündə deyil, çünki biznesə təsir edən 100lərlə mikro amillər olur ki, bu amillər nəticəsində Sizin qurduğunuz iş – uğurlu və ya uğursuz ola bilər. Oturub düşünmək ki, necə etsəm uğurlu olaram… nəsə etmədən mümkün deyil – karvan yolda düzələr və ya sonunu düşünən qəhraman olmaz söhbəti. Deməli nəyisə başlamaq üçün yeganə amil – risk etmək qabiliyyəti olur.

Təkrar edirəm… rasional formada biznesi düşünmək (başlanğıc mərhələsində) sadəcə özünü aldatmaq və gözü qorxuzmaqdan başqa bir şey deyil. Rasional amillər biznes prosesi aparılan zaman verilən qərarlarda özünü doğrultmalıdır, amma qətiyyən başlanğıcda deyil.

Bu yaxınlarda bir yaxın dostum WhatsUp qrupda yazır… “Dostlar mən filan yerdə, filan işi görmək istəyirəm. İstəyirəm filan adı qoyum… və başlayır bu adla bağlı yalan olmasın 8 cümlə yazır. İşin öz məğzi barədə 1 cümlə, quracağı işin adlanması barədə cəmi-cümlətəni 1 cümlə!!!”. Daha sonra məndən soruşur: “İlkin görəsən filan ad uğurlu olar?! Məndə dedim ki, qardaş istənilən biznesdə ad – ad edən içəridə görülən işlərdir. Yaxşı işləsən deyəcəklər gör nə super ad seçib, pis işləsən… deyəcəklər adından bilinirdi alınmayacaq” Yəni dediyim odur ki, risk edib hərəkət edəndən sonra uğurlu olma şansınız daha çoxdur, nəyin ki, heçnə etməyib gözləyirsən!.

Bu təbii ki, o demək deyil biznesə başladığın zaman gözünü yum – giriş işə… yox, əlbəttə mütləq və mütləq sektoru bilmək, çalışacağın sahənin incəliklərinə yiyələnmək lazımdır. Bu olmadan atılan addımlar adı risk etmək deyil – anormallıq olur.

Əziz oxucu, mən hesab edirəm biznesə başlamaq istədiyiniz vaxtlarda aşağıdakı addımların üzərində işləmək lazımdır:

  • Çalışacağınız sektordan Sizə rəqib olan adamlardan məsləhət almaq. Deyə bilərsiz onlar səmimi olmaz… amma bu artıq Sizin informasiyanın filtdən keçirmək bacarığınızdan asılıdır.
  • Bu işi görəcək adamları yaxşı seçmək. Yəni biznesi biznes edən orda çalışanlardır. Onlar güclü olsa, biznesdə güclü olacaq və ya əksinə. Hansısa bir ideyanız varsa, birinci olaraq bunu icra edən admı tapın.
  • İnternetdə axtarmaq. Hər nə qədərdə banal səslənsədə bügün biznes açmaq istəyirsinizsə internetdə çox saylı qızıl kimi məlumatlar tapmaq olar. Bu məlumatlar əsasında Siz daha çox bilgili olacaqsınız.
  • Müşahidə etmək. Ətrafda olanları başa düşmək üçün əla alətdir. Kimlərdə səhv desə Sizin gözünüz Sizi aldatmaz!
  • Cəsarətli olmaq – ürəklə risk etmək. ƏN VACİBİ!!!
  • Risk etmədən Siz şəxsi biznes qura bilməyəcəksiniz. Riski azaltmağa çalışın amma tam risk etməmək böyük riskdir, biznesdə.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com/