Biznes qurmaq üçün çətini ilk addımı atmaqdır

Biznes qurmaq üçün çətini ilk addımı atmaqdır
1372

Bir şeyi yaxşı anlamağa başlamışam, bir şeyi çox düşünüb daşındıqca onu sizdən qabaq artıq edirlər. Artıq dövür müasirlik, yeniliçilik və sürətlilik dövrüdür.  0 büdcə ilə qurulan bizneslərin sayı gündən günə artmaqdadır. Əlbəttə bunlardan yaxşı gəlir gətirənlərdə var, qısa zamanda yox olub gedənlərdə. Bu yazıda toxunmaq istədiyim mövzu insanların bir işə başlamaq üçün çox gecikdikləridir. Yüz ölçüb bir biçmək deyimini tam yalnış anlayır bəzi insanlar. Əgər sənin bir ideyan varsa bu səni böyük yerlərə aparacaqsa və bununla bərəbar böyük qazanclar əldə edəcəksənsə nə üçün gözləməlisən? Başlamaq zamanıdır...

Düzdür hədəflərə getmək üçün bir çox nələrinsə lazım olmasını mən də təsdiqləyirəm. Bunlar arasında, sərmayə, komanda, analizlər və strategiyalar, zaman və bir neçə vacib işlərdən əl götürmək və s. var. Ancaq bir yerdən başlamaq şərtdir. Bunların hər birini bir arada toplayıb sonra başlamaq mümkünsüz məsələdir. Zamanla bu problemləri bir-bir aşmaq olacaq. Əsas olan inam və bir yerdən başlamaqdır. İlk addımınızı atın. Sərmayə lazımdırsa əlinizdən gələni ardınıza qoymayın sərmayə tapın, komanda toparlayın bazarı araştırın və strategiyalar yazın. İnanın ki, uğurlu yollar sizi gözləyir. Bu fəaliyyətlərin verdiyi təcrübəni heç bir yerdən əldə edə bilməyəcəksiniz. Bir müddətdən sonra çevrilib geriyə baxsanız nə qədər yol qət etmiş olduğunuzu görəcəksiniz.

Addım - addım getməklə böyük yollar qət edəcəksiniz. Ancaq bir də tərsini düşünün. Hələ də fikirləşirsiniz hələ də hədəfləriniz sizə xəyal kimi görsənir. Əsla!!! Hədəflər və xəyallar arasında böyük fərqlər var. İlk addımlarınızı atın, başlayın ki sonra böyük peşmançılıqlar çəkməyəsiniz.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/