Bencmarkingin növləri hansılardır? Hansı Benchmarkingdən Nə Zaman İstifadə Olunmalıdır?!

Benchmarking, seçilən sektorda lider olmaq üçün, yada uğurlu olmaq üçün öz məhsullarını, xidmətlərini və fəaliyyətlərini sektordakı rəqibləri ilə yaxudda sektordan kənar ama uğurlu olan şirkətlərlən nümunə götürərək və ya onlarla iş birliyi edərək inkişaf etdirmə  prosesidir. Məqsəd isə şirkət içərisində lazımlı olan fəaliyyətin yada prosesin inkişafıdı yaxudda əməkdaşlıq varsa hər iki tərəfin zəif olduqları tərəfləri benchmarkingə getdiyi şirkətdən öyrənməsdir. 

Adətən şirkətlər özlərini sektorlarındakı rəqib şirkətlərlə müqayisə etmək istəyirlər. Ancaq, xüsusilə rəqiblər şirkət daxilində gizli fərqliliklər yaratdıqları üçün bu proseslərlə bağlı məlumatları bölüşmək istəmirlər. Halbuki, müqayisə ediləcək proses mövzusunda fərqli sektorda olan ancaq uğurlu inkişafa malik şirkətlərlə müqayisə aparmaq daha fəal öyrənmə ortaya qoya bilər. Yaxşı bir müqayisə fəaliyyəti və əməkdaşlıq, şirkətlərin imkanlarını inkişaf etdirmələrini, xərclərini azaltmalarını, səhvlərini düzəltmələrini və müasir inkişaf etmələrini təmin edir. Benchmarking haqqında daha ətraflı bir əvvəlki yazımdan oxuya bilərsiniz:

Benchmarking Növləri

Şirkət içi Müqayisə : Şirkət içərisində olan proses və fəaliyyətlərinizi daha yaxşı tanımağınızı təmin edir. Ən qısa və ən az xərcli olan müqayisə növüdür. Altı aydan daha qısa vaxtda baş verir. Departamentlər arası həlledici proseslər bir biri ilə müqayisə edilir, hər departament daha yaxşı tərəflərini ortaya qoyaraq digər departamentləridə daha sürətli daha intensiv işləməyə yönəldir.

Rəqiblə Müqayisə: "Rəqiblə Müqayisə" eyni mövzuda, müəyyən prosesləri birbaşa rəqiblə müqayisə etməkdir. Şirkətin özünə xas sirləri olacağından rəqiblə bəzi məsələlərdə əməkdaşlıq etmək həm çətindir, həm də ilk başda qurumun içində də müxalif səslər eşidiləcəkdir. Rəqiblərə aid göstəricilər dövlətə açıq informasiya mənbələrindən, satış təşkilatından və ya tədarükçülərdən alına bilər.
Kütləvi Müqayisə: Kütləvi Müqayisə 6-12 ay arasından daha az bir zamanda baş verər və rəqiblə müqayisə etməyə görə daha az bedcə istəyir. Sektordakı oyunçuların öz aralarında müqayisə edib, özlərinə lazım olan məlumat bazanı yaratmaq istəməsi kütləvi müqayisə üçün uyğun misal olaraq göstərilə bilinər. Kütləvi müqayisə adətən statistik metodlarla həyata keçirilir.

Gizli Müqayisə: Rəqibin xəbəri olmadan, onun fəaliyyəti ilə müqayisə etməyə "Gizli Müqayisə" deyilir. 6-12 ay arasında zaman lazımdır və rəqiblə müqayisə metodundan daha çox büdcə istəməkdədir. Gizli müqayisə etməyi idarə heyyətinə qəbul etdirmək daha asandır. Rəqiblə əməkdaşlığa ehtiyac olmadığından heç bir şirkətdən asılı olunmaz ancaq toplanacaq məlumatların səhv olub olmadığının bilinməsi çətindir.
Funksional Müqayisə: Bu metoda görə şirkətlər içində olduğu sektordan deyildə, fəaliyyətlərini müqayisə edəcək şirkəti qırağ sektordan seçirlər.Ancaq əsas məsələ lazım olan fəaliyyət üçün maksimum faydanı verə biləcək şirkəti tapa bilməkdir. Misal üçün bir super market kredit vermək istəyir və bunu ən yaxşı kredit sistemi olan bankla əməkdaşlıq edərək həyata keçirdir.
Ən Yaxşı İlə Müqayisə: Bu metodda əməkdaşlıq ediləcək şirkətlərin və yaxud fəaliyyətlərin müqayisə ediləcək şirkətlərin hansı sektorda, hansı pazarda və hansı gücdə olmasına baxılmır. Dünyanın ən yaxşı fəaliyyət göstərən şirkətlərindən nümunələr alınır. Ama bu nümunələrin şirkət proseslərinə tətbiq olunması biraz çətin olur.


Hansı Benchmarkingdən Nə Zaman İstifadə Olunmalıdır?!

Şirkət içi Müqayisə: Şirkət ilk müqayisəsini şirkət içərisində etməlidir. O hələ heç bir sektordan və başqa bir şirkətdən nümunə götürməmiş, və özlərini onlarla müqayisə etməmiş öz gücünü bilməlidir. Yəni əgər bir şirkət bazarda hələ yeni dönəmlərini keçirdirsə o ilk öncə şirkət içi benchmarkingdən istifadə etməlidir. Belə olduğu halda şirkət, departamentləri müqayisə edəcək və uğurlu departamentlərdən nümunələr alaraq prosestə gecikmə olan departmanların zəif yönlərini aradan qaldıracaqdır.
Rəqiblə Müqayisə: Şirkət öz departamentləri arasında müqayisə apardıqdan sonra bütün şirkət prosesini möhkəmlətdikdən sonra rəqib şirkətlərlə özlərini müqayisə edərək onlardan nümunələr götürə bilər. Yada onlarla əməkdaşlıq edərək müəyyən məlumatları qarşılıqlı bir birlərinə verə bilərlər.
Kütləvi Müqayisə: Bir çox şirkət bir yerə toplanaraq müəyyən vaxt ərzində öz güclərindən istifadə edərək bazarı birlikdə analiz edir və bazarın statistika məlumatlarını ortaya çixardırlar.
Gizli Müqayisə: Əsasən yeni bir sektora, yeni bir bazara girildiyi zaman rəqiblərin xəbəri olmadan istifadə olunan metoddur.

Funksional Müqayisə: Bu metod, şirkət digər benchmarkingləri yerinə yetirdikdən sonra müəyyən qədər təcrübə toparladıqdan sonra, müəxtəlif sektorlardan şirkətlərlə əməkdaşlıq edərək hədəflərini böyütmək üçün istifadə edir.
Ən Yaxşı İlə Müqayisə: Bu benchmarking növünddən proseslərini, strategiyalarını və planlamalarını tam oturtmuş şirkətlər istifadə etməlidir.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/