Belə ''ağıllı'' qələm görməmisiniz

Belə ''ağıllı'' qələm görməmisiniz
1113

OMT Technologies Kickstarter-də inqilabi layihə buraxıb. Layihə demək olar, hər şeyin üzərində yaza bilən unikal qələmin hazırlanmasına vəsait toplamaq üçün nəzərdə tutulub. 

Phree ilə əldə, stolda, kağızda, asfaltda və bir çox başqa şeylərin üzərində yazmaq olar - yazılan hər şey Bluetooth vasitəsilə smartfon, planşet və kompyuterə köçürülür. Qələm çoxlu sayda tanınmış proqram əlavələrinə inteqrasiya oluna bilər: MS Office, Acrobat və Viber. Phree-nin lazımi informasiyanın əks olunduğu sensor displeyi var. 

Kickstarter-də göstərilən məbləğ artıq toplanılıb, ancaq vəsait toplanışı hələ 31 gün davam edəcək. "Ağıllı" qələmin təxmini qiyməti 199 dollar təşkil edəcək.

Mənbə: http://www.buro247.az