İspaniyanın Barselona şəhərində “IaaC“ memarlıq şirkətinin layihəsi əsasında “Smart City” (Ağıllı şəhər) pavilyonu inşa olunub.
Günəş enerjisindən səmərəli istifadə pavilyonun enerjiyə tələbatını minimuma endirib. Onun fasadı günəş enerjisinin qəbulunda iştirak edən modul komponentlərdən təşkil olunub. Binanın forması da elə layihələndirilib ki, günəşdən daha çox enerji ala bilsin. Təbii enerjinin effektivliyini artırmaq məqsədilə pavilyonun damında quraşdırılan günəş panelləri müxtəlif bucaqlar altında yerləşdirilib.
Mənbə: http://www.buro247.az/lifestyle/design-and-arhitecture/barselonada-a-ll-h-r-in-a-olunacaq.html