Bakıdakı bu sərgini 40-dan çox mühafizəçi qoruyacaq

"Qreys Kelli: şahzadə və stil ikonası" sərgisinin açılış mərasimində Monako Knyazı, Qreys Kellinin oğlu II Albert iştirak edəcək. Sərgidə Hollivud ulduzu və Monako şahzadəsi Qreys Kelliyə məxsus 200-dən çox şəxsi eksponat yer alır. Bu eksponatlar sırasında şahzadənin sevimli avtomobilləri, müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları, eləcə də məşhur Hermes Kelli çantası da var.

Heydər Əliyev Mərkəzində 3-cü mərtəbədə təşkil olunan sərgidəki şəxsi əşyaların qorunması üçün 40-dan çox mühafizəçi ayrılıb. Sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.

Mənbə: http://www.buro247.az