Bakı 2015 rəsmi mobil tətbiqetməsini təqdim etdi

Bakı 2015 rəsmi mobil tətbiqetməsini təqdim etdi
690

Baku 2015 adlı yeni tətbiqetmə həm Azərbaycan, həm də İngilis dillərində olacaq və ilk Avropa Oyunları ilə bağlı ən son və yeni məlumatlar verəcək, eləcə də sosial media üçün tam interaktivliyi təmin edəcək. İstifadəçilər Bakı 2015-in bütün yarışlarını canlı izləyə biləcək və obyektlər, idman növləri və Oyunlarda iştirak edəcək 6 min idmançı haqqında geniş məlumat əldə edəcəklər.

Qeyd edək ki, Avropa Oyunlarına ev sahibliyi edən şəhəri ən yaxşı şəkildə nümayiş etdirən "Bakıda Coşğu" veb-saytı (Bu ünvandan daxil ola bilərsiniz: biginbaku.com) tətbiqetmədə xüsusi sosial media bölməsi kimi yayımlanacaq. Sayt Azərbaycanda yeganə virtual səyahətdir və istifadəçilər Bakı 2015 Alovun Səyahəti boyunca özlərinin sevdikləri şəkillərini bura yükləyə bilərlər.

Bakı 2015 Oyunları tarixdə ilk Avropa Oyunları olaraq, 12-28 iyun 2015-ci il tarixlərində baş tutacaq, çoxsaylı idman növünü əhatə edən, qitə üçün həyəcanlandırıcı və yenilikçi olan bir tədbirdir.

Mənbə: http://www.buro247.az