Bakcell yeni brend smartfonunu ALOV-u təqdim edir

Bakcell yeni brend smartfonunu ALOV-u təqdim edir
5810

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, ötənilki ilk uğurlu smartfonunun ardından böyük məmnuniyyətlə Azərbaycan bazarında yeni brend smartfonu olan “ALOV”u təqdim edir.

Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, Android əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib smartfon axtarışında olanlar üçün gözəl təklifdir.

“Biz ötən il bazarda öz brend smartfonunu - Bakcell smartfonunu təqdim edən ilk mobil operatoruq. Bakcell smartfonları 2013-cü ildə bizim üçün çox uğurlu təşəbbüs olub. Bakcell 3G İnternet brendi və Bakcell brendi ən yaxşı mobil məlumat ötürməsi və mobil internet xidməti göstərməsi ilə tanınır. Bu iki xüsusiyyəti yüksək keyfiyyət və funksionallığı ilə seçilən mobil qurğuda cəmləşdirmək bizim üçün labüd addım idi. Bazarda Bakcell smartfonuna kifayət qədər yüksək tələbat oldu. Biz əminik ki, ALOV ən yaxşı istifadə təcrübəsi təqdim etməklə bizim ilk smartfonumuz qədər uğurlu olacaq”,deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

ALOV smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.

Smartfonun xüsusiyyətləri aşağıdakı kimidir:

  • Geniş 4.7 düymlü sensorlu ekran
  • 5 meqapiksel kamera
  • Ön kamera
  • 4-nüvəli prosessor - 1.3 GHz Quad Core
  • RAM 512 + ROM 4GB
  • Əməliyyat sistemi- Android 4.4
  • 2000 mAh Batareya

Premium smartfon xüsusiyyətlərinə malik bu cihazın qiyməti 129 AZN təşkil edir.

Alıcılar 1 illik zəmanətlə yanaşı, hər ay 1GB olmaqla 6 ay ərzində bonus şəklində internet alacaqlar. İnternet bonusu almaq üçün abunəçi telefonunun IMEI kodunu 5810 qısa nömrəsinə yollamaqla kampaniyaya qoşula bilər. Kampaniyaya qoşulduqdan sonar abunəçi həmin bonusu mütəmadi qaydada əldə etmək üçün hər ay nömrəsinin balansına ən azı 5 AZN yükləməlidir.
ALOV smartfonu yalnız Bakcell nömrəsi ilə istifadə oluna bilər.

ALOV smartfonu “Bakcell” in rəsmi diler və tərəfdaşı olan dükanlardan əldə oluna bilər. ALOV smartfonu barədə əlavə məlumatı bu linkdə əldə etmək olar: http://www.bakcell.com/az/alov-smartfon

Ötən il Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Cihaz Bakı və regionlarda smartfon istifadəçiləri arasında populyarlıq qazanıb və 2013- 2014-cü illər ərzində ən çox satılan smartfonlardan biri olub. Bu uğurun əsas səbəbi cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, cihazın zərif görünüş və toxunuşa malik olması olub.