Azərbaycanlı Çarlin Çaplin yenidən Amerikanı heyrətləndirdi

Azərbaycanlı Çarlin Çaplin yenidən Amerikanı heyrətləndirdi
1066

Azərbaycanlı Çarlin Çaplin kimi tanınan Üzeyir bu dəfə də izləyiciləri heyrətləndirərək onların böyük rəğbətini qazana bilib. Üzeyir şouda indiyədək heç zaman səhnədə nümayiş etdirməyən nömrə ilə çıxış edib. Heç bir təhlükəsizlik tədbiri görülmədən təhlükəli hündürlükdə olan nərdivanın ən yuxarı pilləsində ayaq üstə dayanaraq izləyicilərə həyacan dolu anlar yaşadıb.

Bu nömrəni daha da həyacanlı edən şounun canlı yayımlanması olub. Nyu-York şəhərinə ezam olunan saytın əməkdaşı Emil Quliyev də məşhur Radio City Music Hall-da keçirilən şounu canlı izləyib. Əməkdaşın verdiyi məlumata görə, həm münsiflər heyəti, həm də auditoriya Üzeyir Novruzovu ayaq üstə alqışlayıb. Çıxışa münasibət bildirən münsiflər heyətindən Hovard Stern Üzeyirin çıxışını izlərkən özünü Olimpiya Oyundan hiss etdiyini bildirib. O daha sonra televiziya tamaşaçılarını Üzeyirə səs verməyə çağırıb.

Nəzərinizə çatdıraq ki, artıq şounun bu mərhələsində növbəti tura vəsiqə qazanacaq iştirakçıları münsiflər heyəti deyil, amerikalılar verdiyi səslər müəyyən edir. ABŞda yaşayan bütün həmyerlilərimizi Üzeyiri dəstəkləməyə çağırırıq!

Azərbaycanlı Çarlin Çaplin Üzeyir Növruzovun "America's Got Talent" şousunda ilk çıxışını Burada izləyə bilərsiniz!