Azərbaycanda aktiv 'Facebook' istifadəçilərinin sayı azalıb

"Global State" statistik mərkəzinin hesabatına əsasən, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda aktiv "Facebook" istifadəçilərinin sayı 8,6 faiz azalıb. "Facebook" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aprelin sonuna 80,1 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 16,8 faiz ötür.

2015-ci ilin ilk 4 ayı ərzində isə "Twitter" istifadəçilərinin sayı 33 faiz artıb. Bu şəbəkə ölkədə sosial medialar arasında ikinci yerdədir. Azərbaycanda aprelin sonuna Twitter-ın payı 7,49 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 16,5 faiz çoxdur.

Sosial şəbəkələr arasında istifadəçilərin sayına görə üçüncü yerdə 6,19 faizlə "V kontakte" qərarlaşıb. "Tumblr" - 2,09 faiz, "Pinterest" - 1,63 faiz, "Google+" - 1,43 faiz, "StumbleUpon" 0,38 faizlə sonrakı yerləri tutur.

Mənbə: http://www.buro247.az/media/internet/az-rbaycanda-aktiv-facebook-istifad-il-rinin-say-a.html