Azərbaycana çatdırılması olan online alış-veriş saytları

Azərbaycana çatdırılması olan online alış-veriş saytları
51590

İlk yazımı ən çox soruşulan və maraq doğuran bir mövzuya həsr etmişəm. Azərbaycana birbaşa çatdırılması olan online alış-veriş saytlarından bəhs edəcəm. İlk öncə qeyd edim ki, beynəlxalq çatdırılması (worldwide/international shipping) olan online alış-veriş saytları kifayət qədər çoxdur. Lakin məhz Azərbaycan qeydiyyatında olan visa və ya mastercard tipli kartları qəbul edən saytlar təəssüf ki, çox azdır. Azərbaycan kartlarını qəbul edən və birbaşa ölkəmizə çatdırılması olan saytları tək-tək qeyd edib, həmin saytlardan nə tapa biləcəyinizi, çatdırılma xərclərini ətraflı şəkildə yazacam. Başlayaq…

Bu saytdan siz həm geyim, ayaqqabı və aksesuar, həm də kosmetika tapa bilərsiniz. Hər cibə uyğun qiymətlər var, həm münasib qiymətli mass market (ASOS, River Island, Vero Moda və s.), həm də dizayner və nisbətən bahalı marka (Ted Baker, Adidas, Nike, New Balance, Vivienne Westwood, BCBG MaxAzria, DKNY, Marc Jacobs, Michael Kors, Love Moschino və s.) geyimlər mövcuddur. Kosmetikada çeşid lap çox olmasa da, Rimmel, The Balm, Paul & Joe, Barry M, Lord & Berry, Maybelline, Illamasqua, L’Oreal, Eylure, Carmex kimi markaların kosmetikalarını buradan tapa bilərsiniz. Benefit və Nars kimi markalar da mövcuddur, lakin onların Azərbaycana çatdırılması təəssüf ki, yoxdur. Dırnaq boyalarının da ölkəmizə çatdırılması yoxdur. Ümumiyyətlə geyim şöbəsində də Azərbaycana çatdırılması olmayan markalar (Mango, Pull & Bear və s.) var. Yalnız məhsulun adının altında “free shipping worldwide” sözü varsa, həmin məhsulun Azərbaycan çatdırılması var deməkdir. Çatdırılmaya gəldikdə isə 30 euro alış-veriş etdikdə ödənişsiz çatdırılma haqqını qazanırsınız, əks halda isə 3 euro çatdırılma xərci ödəməlisiniz və bağlamanız maksimum 16 günə sizə çatdırılır. Bir məsələni də qeyd edim ki, ölkəni və valyutanı dəyişdikdə bəzi fərqlər yaranır. Məsələn, İngiltərə saytında stokda olan bir məhsul ABŞ saytında stokda olmaya bilər və ya İngiltərədə satışda olan bəzi markalar ABŞ-da mövcud deyil.

Bu sayt kosmetika saytıdır, lakin qiymətlər yüksəkdir, demək olar ki, Azərbaycandakı qiymətlərlə eynidir. Originallığa əmin olmaq istəyirsinizsə, buradan sifariş edə bilərsiniz. Azərbaycanda olmayan bəzi markalar (Rimmel, bareMinerals, Burts Bee’s, Nuxe və s.) bu saytda satışdadır. “Benefit cosmetics”in, ətirlərin Azərbaycana çatdırılması yoxdur. Endirimlər olan zaman qiymətlər münasib olur. 20 dollarlıq alış-veriş etsəniz, çatdırılma pulsuz olacaq, əks halda isə 3 dollar əlavə ödəməli olacaqsınız.

Bu saytda qiymətlər münasibdir və bağlamalar çox etibarlı şəkildə (qutuda) sizə gəlib çatır. Vitaminlər, organic məhsullar, yağlar, rəngli kosmetika və s. buradan tapa bilərsiniz. e.l.f. və Physicians Formula kimi Azərbaycanda satılmayan markalar bu saytda var. Çatdırılma isə alacağınız məhsul sayından və bağlamanın ağırlığından asılı olaraq 3.56 dollar, daha çox və ya pulsuz ola bilər.

Burada da qiymətlər demək olar ki, feelunique.com saytındakı kimidir. Lakin çatdırılma məbləğindən asılı olmayaraq pulsuzdur. Saytda endirimlər olduqda sifariş etmək sərfəlidir. Buradan isə “Benefit cosmetics” və ətirlərin Azərbaycana çatdırılması var. Yəni feelunique.com ilə müqayisədə daha əlverişlidir.

Geyim, ayaqqabı və aksesuar saytıdır. Burada çeşid çox olmasa da, qiymətlər münasibdi, hələ bir də endirim oldusa, ümumiyyətlə havayıdır deyə bilərik. :D Lakin bəzi bahalı geyimlər də mövcuddur. Bəzi geyimlər haqqında alıcıların fikirləri yazılıb, odur ki, keyfiyyətli və ya keyfiyyətsiz olduğu barədə fikir sahibi ola bilərsiniz. Çatdırılma xərclədiyiniz məbləğdən asılı olmayaraq pulsuzdur. Bağlamanız 16-20 gün ərzində sizə çatır.

Bu saytdan münasib lakin keyfiyyətli marka olan “Sleek”dən sifariş edə bilərsiniz. Xüsusilə göz kölgə paletləri və mat dodaq boyaları ilə məşhurdur. Heyvanlar üzərində təcrübə aparmır. 7-15 gün ərzində çatdırılma xərci 3.15 dollardır.

Alman istehsalı, keyfiyyətli və münasib qiymətli kosmetikanı buradan sifariş edə bilərsiniz. Ən çox göz kölgəsi paletləri ilə məşhurdur. Lakin çatdırılma bahadır. Məsələn, 1 palet sifariş etsəniz 7.55 dollar əlavə ödəməlisiniz, səbətdəki məhsullar çoxaldıqca çatdırılma xərci də artır.

Buradan zövqlü və geniş çeşidli geyim, aksesuar və ayaqqabı sifariş edə bilərsiniz. Qiymətlər münasib deyil. Kosmetika da var, lakin çeşid azdır. Çatdırılma 10.50 funtdur.

Deyərdim ki, mass market markaları arasında ən keyfiyyətlilər sırasındadır, qiymətlər digər markalara nisbətən yüksəkdir. Xüsusilə çantaları çox sevilir. Çatdırılma xərci 16 dollardır.

Xaricdə yaşayan Azərbaycanlı blogger’lər Mimi İkonn və Leyla Nağızadənin yaratdığı markadır. Bu marka alıcılara təbii saçlar təklif edir. Çatdırılma pulsuzdur. Mən alıb istifadə etməmişəm, ona görə nə dərəcədə təbii olub olmadığını deyə bilmərəm. Əgər almaq fikrinə düşsəniz bura klikləyərək Ruhiyyənin blog’unda onun bu saçlar haqqında fikirlərini oxuya bilərsiniz.

Buradan keyfiyyətli və münasib qiymətli makiyaj fırçaları və dekorativ kosmetika sifariş edə bilərsiniz. Çatdırılma xərci 16 dollardır.

Kosmetika saytıdır. Buradan Wet n Wild, The Balm, Rimmel, Milani, NYC, e.l.f., Jordana, Physicians Formula, Sally Hansen kimi markaların kosmetik vasitələrini sifariş edə bilərsiniz. Çatdırılma xərci sifarişlərinizin ağırlığına görə dəyişir, odur ki, çox ağır kosmetika sifariş etmək sərf etmir.

Buradan münasib qiymətli və Çin istehsalı istənilən məhsulu sifariş edə bilərsiniz. www.choies.com saytındakı kimi alıcıların məhsullar haqqında fikirləri mövcuddur.

Buradan luks marka geyim, ayaqqabı, aksesuar və kosmetika tapa bilərsiniz. Çatdırılma xərci alış-veriş etdiyiniz məbləğdən asılı olmayaraq 20 funtdur.

Bu saytdan isə texniki avadanlıqlar, kitab, geyim, kosmetika və müxtəlif aksesuarlar sifariş edə bilərsiniz amma Azərbaycana birbaşa çatdırılması olan çox azdır. Saytda axtarış edəndə sol tərəfdə “ship to Azerbaijan” düyməsini sıxsanız asanlıqla ölkəmizə çatdırılan malları tapa bilərsiniz. www.ebay.comwww.aliexpress.com saytları ilə müqayisədə daha etibarlı saytdır, satılan malların əksəriyyəti originaldır. Çatdırılma xərci satıcıdan satıcıya görə dəyişir.

Bu sayt haqqında məlumatı olmayanınız demək olar ki, azdır. Amma online alış-veriş haqqında heç məlumatı olmayanlar üçün yazmaq istədim. Buradan da Çin istehsalı və çox ucuz istənilən məhsulu tapa bilərsiniz. Çatdırılma müddəti uzun, təxminən 2 həftədən çoxdur. Hərdən məhsul ünvanınıza vaxtında çatmaya bilər. Əgər belə hal baş verdisə, o zaman satıcı ilə əlaqə saxlaya bilərsiniz.

Çox sevilən və məşhur “Victorias Secret” markası”! Buradan geyim, ayaqqabı, çanta, aksesuarlar, kosmetika və qulluq vasitələri sifariş edə bilərsiniz.

Buradan çox zövqlü geyim, ayaqqabı, aksesuarlar, ev əşyaları, kosmetika sifariş edə bilərsiniz. Qiymətlər yüksəkdir. Çatdırılma haqqı da həmçinin yüksək – 30 dollardır.

Bu saytdan münasib qiymətə geyimlər, aksesuarlar əldə edə bilərsiniz. 30 dollarlıq alış-veriş etdikdə çatdırılma pulsuz, əks halda isə çatdırılma müddətindən asılı olaraq, 15 və ya 25 dollardır.

Buradan da həmçinin geyim, ayaqqabı və aksesuar sifariş edə bilərsiniz. 4-7 gün ərzində çatdırılma 15 dollar, 10-15 gün ərzində standart çatdırılma isə pulsuzdur. Sonda onu da qeyd edim ki, istənilən saytdan sifariş verdikdə həmin saytdan qeydiyyatdan keçməyiniz mütləqdir. Bunun üçün ad, soyad, elektron poçt və yaşadığınız ünvanı (azərbaycan dilində), poçt indeksinizi (məsələn, AZ1006) qeyd etməyiniz kifayətdir.

Böyük Britaniya istehsalı, əl işi çantalar, pul kisələri istehsal edən, məşhur “Cambridge Satchel” markasının rəsmi saytıdır. 80 dollarlıq alış-veriş etdiyiniz halda pulsuz çatdırılma əldə edirsiniz, əks halda isə 23,99 dollar çatdırılma xərci ödəmək məcburiyyətindəsiniz.

Azərbaycana çatdırılması olan və mənim haqqında məlumatlı olduğum saytlar bu qədər! :)

Müəllif: Sevinc Vəliyeva

Mənbə: https://whatsevinjdid.wordpress.com