Azərbaycan 'Google'nin tərtibatçı və satıcı akkauntları siyahısında

Azərbaycan 'Google'nin tərtibatçı və satıcı akkauntları siyahısında
1981

“Google Play”in tərtibatçı və satıcı akkauntlarının qeydiyyatını həyata keçirə bilən ölkələrin siyahısına yeni ölkələr əlavə edilib. İslandiya, Peru və Yəmən ilə yanaşı, bu siyahıya Azərbaycan da daxil olub.

Beləliklə, “Google”un siyahısında tərtibatçı və satıcı akkauntu açmaq mümkün olan ölkələrin sayı 78-dək artıb.

Maraqlısı odur ki, lokal tərtibatçılar üçün istifadə edilən valyuta dollardır, amma bu arada Ukraynada bu qrivnadır. Azərbaycanda ödənişlər bank köçürməsi vasitəsi ilə həyata keçirilir, onların minimal həddi isə 100 dollara bərabərdir. 

Mənbə: http://www.mincom.gov.az