Avropa Oyunlarında 1-ci yeri tutan idmançılarımıza mükafat veriləcək

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

İdmançılar və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

  • birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
  • ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
  • üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
  • milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);
  • komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
  • birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
  • ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
  • üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.

Bundan başqa, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

  • birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
  • ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
  • üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilib:

  • birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;
  • ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;
  • üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.

Beləlikə, birinci yeri tutmuş idmançı ümumilikdə 150 min manat, onun məşqçisinə 75 min, ikinci yeri tutmuş idmançıya 80 min, onun məşqçisinə 40 min, üçüncü yeri tutmuş hər bir idmançıya 50 min, onunun məşçqisinə isə 25 min manat mükafat veriləcək.

Komanda idman növlərində birinci yeri tutmuş hər bir komandanın üzvünə 45 min, məşçqi 15 min, ikinci yer - müvafiq olaraq, 30 min və 10 min manat, üçüncü yer - 15 min və 5 min manat mükafat veriləcək.

Mənbə: http://www.buro247.az