Apple-dan yeni MacBook Pro və iMac

Apple-dan yeni MacBook Pro və iMac
677

Yeni MacBook Pro əvvəllər 13 düym displeyi olan modeldə təqdim olunan yenilikləri əldə edib. Bura daha böyük displeyli və batareyası daha uzun müddət çalışan ForceTouch texnologiyalı trekpad da daxildir.

Noutbuk Intel Core i7 2,2 və 2,5 giqahers prosessorlarla və 16 giqabayt operativ yaddaş və Intel Iris Pro videokartı ilə təqdim edilir. 27 diaqonallıq displeyi olan yeni iMac Retina 5K ekran və 3,3 giqahers tezlikli prosessor və 8 giqabayt operativ yaddaşla təchiz edilib. Hər iki yeni kompyuter modelini Apple-ın saytından əldə etmək olar.

Mənbə: http://www.buro247.az