Apple iPhone 7 və iPhone 7 Plus'a dair hər şey!

Apple iPhone 7 və iPhone 7 Plus'a dair hər şey!
1211

Apple-ın son moodelini tanıtmasından cəmi 4 ay keçib. Lakin buna baxmayaraq növbəti iPhone modeli haqqında məlumatlar sızmaqda davam edir. Bu xəbərimizdə sizlərə Aplle-ın növbəti iPhone modelləri haqqında mümkün məlumatları çatdıracağıq.

Böyük ehtimalla Apple-ın növbəti modeli iPhone 7 adını daşıyacaq.

Apple 3G modelindən bu yana istehsal etdiyi telefonları sıra ilə rəqəmlərlə adlandırdı. Yeni nəsillər 4, 5, 6 kimi davam etdi. Arada buraxılan modellərə isə S artırıldı. Böyük ehtimalla Apple-ın növbəti yeni nəsil iPhone-u iPhone 7 adlandırılacaq.

Apple iPhone 7 və iPhone 7 Plus hansı xüsusiyyətlərlə gələcək?

Fərqli ekran ölçüləri ilə 2 iPhone 7 olacaq.iPhone 6s və iPhone 6s plus kimi 4.7 düyümlük ekrana sahib olan iPhone 7 və 5.5 düyüm ekrana sahib olan iPhone 7 Plus təqdim olunacaq.

Metal olmayacaq.

iPhone 5, 5s, 6 və 6s-də alüminyumdan hazırlanmış materialldan istifadə olunub. iPhone 7 isə fərqli bir materialdan hazırlana bilər. Apple indiyə qədər plastik, şüşə və metal materiallardan istifadə edib. Son iddialara görə iPhone 7 yeni mürəkkəb materiallardan hazırlanacaq. Heç kim bu haqda məlumata sahib deyil lakin ehtimal var ki, iPhone 7 iPhone 6s-ə nisbətən daha premium dizayna sahib olacaq.

Aradakı ağ plastik xəttlər olmaya bilər.

DigiTimes-a görə iPhone 6 və 6s modellərində üst və alt hissədə olan gördüyünüz ağ plastik anten bandları olmaya bilər.

Dizayn incə olacaq.

Fast Company-ə görə iPhone 7 iPhone 6s-dən incə olacaq. Bunun əsas səbəbi isə Apple-ın qulaqlıq girişini ləğv edəcəyi ilə bağlı verdiyi açıqlamadır.

Qulaqlıq girişi olmayacaq.

Apple insider vasitəsilə Yapon Apple blogu Macotakara-ya görə, növbəti iPhone modelində qulaqlıq jakı olmayacaq.Yəni bu vəziyyətdə enerji üçün istifadə olunan iPhone Lightning portunu musiqi dinləmək üçün də istifadə edə biləcəksiniz. Digər bir ehtimal isə Bluetooth qulaqlııqlardır. Əgər qeyd olunanlar doğru olsa Apple və digər qulaqlıq istehsal edən şirkətlər yeni adapterlər satacaq.

Kabelsiz enerji mümkün olacaq.

Fast Company-ə görə iPhone 7 kabelsiz enerji yığa biləcək. Lightning port ilə bu mümkün olacaq. Adətən Samsung modellərində gördüyümüz bu vasitəni Apple-a aid etmək nə dərəcədə doğrudur deyə bilmərik amma hər an hər şey ola bilər.

Su keçirməz olacaq.

Digitimes-a görə yeni model iPhone-da həm qulaqlıq girişi olmadığından həm də yeni materialla istehsal ediləcəyi səbəbilə iPhone 7 su keçirməyəcək. iPhone 6s az da olsa su keçirməsə də böyük ehtimalla yeni gələn modeldə bu problem aradan qaldırılacaq.

Apple-ın yeni A10 yonga seti.

Hər yeni iPhone modelində olduğu kimi, iPhone 7-də yeni prosessor yer alacaq. Yeni setin A10 olması gözlənilir. A10, A9-a nisbətən daha güclü performansa sahib olacaq.

Apple son model iPhonelardan olduğu kimi yeni məhsulunu 2016-cı ilin sentyabr ayında təqdim edəcək. Qiyməti isə ən az 650$ təşkil edəcək.

 

Mənbə: http://technote.az/