Apple avtomobil sənayesinə qatılır

Apple avtomobil sənayesinə qatılır
4354

Apple şirkəti apple.car, apple.cars və apple.auto domenlərini qeydiyyatdan keçirdib. Domenlərin URL ünvanları hələki aktiv olmasa da şirkətin sözügedən domenləri qeydiyyatdan keçirtməsi onu göstərir ki, Apple həqiqətən avtomobil sənayesinə maraq göstərir. Bəzi məlumatlara görə Apple Titan adlı sirli proyektin hazırlanması üçün yüzlərlə işçi cəlb edib. Deyilənə görə bu proyekt çərçivəsində 2019 və yaxud 2020-ci ildə şirkət öz elektromobilini təqdim edəcək. Bu məlumatların doğruluğunu təsdiq edən digər faktlar da var.

Belə ki, keçən ilin payız fəslində Tesla Motors-un təsisçisi Elon Musk bildirmişdir ki, Tesla Motors tərəfindən işindən azad edilən mühəndisləri Apple öz şirkətinə dəvət edib. O bu xəbəri belə bir cümlə ilə müşaiyət etmişdir. "Əgər Tesla-da bir şey edə bilməmisənsə onda sən Apple-a işləməyə gedirsən". Həmin xəbərdən bir həftə sonra isə Mission Motorcycles startup-nın nümayəndələri öz iflaslarını Apple-ın onların ən yaxşı mühəndislərini öz tərəfinə çəkməsi ilə əlaqələndirmişdilər. Təbii ki, şirkətin sözügedən domenləri qeydiyyatdan keçirtməsinin arxasında avtomobil deyil başqa bir texnologiya da dayana bilər.

 

Mənbə: http://technote.az/