Apple Google ilə necə mübarizə aparır

Stiv Cobs iPhone ilə rəqabət aparmaq cəhdinə cavab olaraq Google-a “nüvə müharibəsi” vəd etdi. Forbesin müəllifi Evan Spens, Cobsun varisi olan Tima Kukun bu müharibədən necə yayındığı, lakin bununla belə qarmağı uğurla Androidin boğazına keçirə bilməsindən danışır. Bir çoxlarının daha kiçik biznesdən öyrənəcəyi ən maraqlı məqamlar.

Cobs vəd etdi: “Əgər lazım gələrsə, mən buna son nəfəsimi sərf edəcəm, Apple üçün bank hesabımda olan 40 mlr. dolların hər bir pennisini xərcləyəcəm ki, bu haqsızlığı aradan qaldırım. Mən Androidi məhv edəcəm, çünki bu oğurlanmış məhsuldur. Mən onlara nüvə müharibəsi edəcəm”.

Kuk açıq müharibənin yardım etməyəcəyi qərarına gəlir. O, Androidin ən həyat qabiliyyətli sisteminin ayağını qazan uzun strateji oyunlara yatırım etdi. Və nəticə göz qabağındadır: qazanc və mədaxil, misal üçün Apple – da bütün tarixi boyunca maliyyə planında ən uğurlu rüb yeni bitən zaman smartfonlardan Samsung qəfil zəifləyir.

Apple brendinin hiyləgərliklərindən biri – şirkət 64 bit hesabını iPhone 5S - ə yatırtdı. Bu barədə elan verilən zaman, məlum olur ki, rəqibdə Android 64 bit smartfonları yaxın dövrlərdə planlaşdırılmır. İndi isə onlar tez öz planlarını dəyişməli və yeniliklərlə ayaqlaşmalıdırlar. Bu o vaxta kimi davam edir ki: bəzi smartfonlar 2015 – ci ilin üçüncü rübünə saxlanılır, çünki onlar hələ sıradan çıxmayan Snapdragon 810 prosessorundan istifadəni planlaşdırırdılar.

Digər istehsalçılar alternativ yollar axtarmağa və problemləri uyğun qaydada həll etməyə başladılar. Digər sözlə desək, rəqiblərini 64 – bit yolu ilə getməyə məcbur edərək, Apple onları daha zəif prosessorlardan istifadə etməyə məcbur etdi və onların konkret rəqabət mübarizəsinə atdıqlarısın resurslarını zəiflətdi.

Digər nümunə - Apple əvvəlcədən və bir çox komponentləri ehtiyat saxlayır, onları bir il əvvəlcədən alır və faktiki olaraq onların təchizində monopoliyaya nail olur. Bu, birincisi Apple-in özü üçün detalları ucuzlaşdırır, ikincisi rəqiblərin yeni texnologiyaya buraxılışını məhdudlaşdırır. Götürək barmaq izləri sayğacını. Bu sayğacdan Motorola öz Nexus 6 telefonunda istifadə edəcəyini planlaşdırırdı. Lakin öz sayğacları ilə Apple çıxış etdi – O bu sensorların ən yaxşı təchizatçısını aldı - Motorolanın rəhbəri Dennis Vudsaid etiraf etdi. Daha zəif təchizatlar və komponentlər daha pis nəzərə çarpırdı.

Apple eyni zamanda sintetik sapfir ehtiyatlarına böyük pul vəsaitini investisiya qoydu, o sensor ekranları üzrə birinci sıradadır, hətta telefonların və detalların hava ilə daşınması da əvvəlcədən bronlaşdırılır ki, bu da rəqiblərini daha zəif yerüstü və dəniz marşrutlarından istifadə etməyə məcbur edir. “Əgər siz Apple ilə rəqabət aparırsınızsa, sizə ən yaxşı komponentlərdən istifadə etməyə imkan verməyəcəklər, çünki Tim Kuk onları bir il əvvəlcədən çatdırma və istehsala cavab verən zaman ehtiyatda saxlamışdır”, Spens yazır.

Apple şirkəti bazarın ilkin seqmentində nə qədər uğurla işləyirsə, öz mövqeyini möhkəmlətmək üçün – təchizat, layihələndirmə, ən yaxşı kadrlar və alıcılarının lokallığı hesabına - bir o qədər çox pulu vardır. Və bununla da o, rəqiblərini özü üçün faydalı olan oyunları oynamağa məcbur edir.