Alimlər qəhvə fasiləsi üçün ideal vaxtı müəyyən ediblər

Səhər qəhvəsi gün ərzində gümrah olmaq istəyənlər üçün variant deyil. Britaniya alimlərinin fikrinə görə qəhvəni günorta saat 2-də içmək daha yaxşıdır. Bu barədə Healthinfo məlumat verir. Məhz nahara yaxın insanda yorğunluq toplanır, konsentrasiya aşağı enir, bu halda da qəhvə kömək ola bilər.

Tədqiqatlar göstərmişdir ki, kofein, tibbdə iltihabəleyhinə amil qismində istifadə olunan adenozinin neyroötürücüsünün fəaliyyətini yavaşladır. Bununla yanaşı beyindəki neyronları aktivləşdirir. Nəticədə insanın əhvalı, yaddaşı yaxşılaşır, reaksiyanın sürəti yüksəlir və beyinin koqnitiv funksiyası möhkəmlənir.

Belə bir fərziyyə də var ki, qəhvə ürək xəstəlikləri, xərçəng və 2-ci tip şəkərli diabetin inkişaf etməsinə səbəb ola bilər. Ancaq sərbəst tədqiqatlar aparan alman alimləri bu içki növünün tamamilə zərərsiz olduğunu sübut etmişlər. Statistika, qəhvə sevənlərlə yanaşı, qəhvə içməyənlərin də xəstəliyin inkişafetmə riskinə eyni şəkildə məruz qaldığını göstərir.