Böyük Britaniyanın Vestminster Universitetinin alimləri 100 ildən sonra bəşəriyyətdə baş verə biləcəkləri proqnozlaşdırmağa çalışırlar.“Independent” qəzetinin məlumatına görə, alimlər iddia edir ki, 2116-cı ildə insanlar sualtı şəhərlər tikəcək, yeməyi internetdən yükləyəcək və evləri 3D printerdə çap edəcəklər.
Arxitektorlar və futuroloqlar düşünür ki, yüz ildən sonra əsas nəqliyyat vasitələrindən biri şəxsi dronlar olacaq. Onların fikrincə, insanlar suyun altında hündürlüyü 25 mərtəbə olan göydələnlər inşa edəcəklər."Hazırda bizim yaşadığımız həyat 100 öncə insanların sürdüyü həyatdan tamamilə fərqlənir. İnternet bizim ünsiyyətimizdə, oxumağımızda və dünya ilə ünsiyyətimizdə bir inqilab yaradıb", - deyə kosmologiya doktoru Meqqi Aderin-Pokok bildirib.
Elm adamları iddia edir ki, 100 ildən sonra 3D printerlər mebelin istehsalında, evlərin və daha iri tikililərin tikintisində istifadə olunacaq. Bundan başqa, 3D texnologiyalar yeməklərin hazırlanmasında da evolyusiya edəcək. Yeməkləri birbaşa olaraq internetdən yükləmək, sonradan isə ev printerində çap etmək mümkün olacaq.
Araşdırma aparanlar hesab edir ki, texnoloji sıçrayış Ay və Marsın müstəmləkəyə çevrilməsi ilə müşahidə olunacaq.
Mənbə: http://ikt.lent.az/