6 addımda keşişlərin fokuslanma bacarıqları

Fokuslanma bacarığı necə inkişaf edər?

Konsentrasiya; həm ən yaxşı yoldaşımız, həm də ən məcburedici düşmənimiz ola bilər. Əgər siz də zaman zaman ağılınızın ayrı bir ağılı varmış kimi hiss və konsentrasiya çətinliyi yaşayırsınızsa, keşişlərin fokuslanma bacarıqlarını kəşf vaxtı gəlmiş deməkdir.

6 addımda keşişlərin fokuslanma bacarıqlarını kəşf edin…

Keşişlər, zaman super güclərlə mümkün ola biləcəkmiş kimi görünən hərəkətlər edə və bizi çaşdıra bilərlər. Ancaq bu hərəkətlərin arxasındakı tək sirr, konsentrasiya bacarığıdır. Yazdığım tövsiyyələrlə fokuslanma bacarığınızı dostunuz elan edə bilərsiniz.

  • Diqqət yayındırıcıları özünüzdən kenar edin 

    Fokuslanma qabiliyyətinizin sizi məcbur etdiyini düşünə bilərsiniz, ancaq siz də ətrafınızdakı faktorlarla məşğul olaraq onun işini çətinləşdirir ola bilər bilərsinizmi? Maillerinizi nəzarət etmək, mesaj yazmaq ya da ictimai mediada zaman keçirmək, bəhsi keçən faktorlardan yalnız bir neçəsidir. Kimi zaman ətrafınızdakı səs-küy də güclü bir diqqət yayındırıcı ola bilər.Keşişlər, fokuslanma təcrübələrini təbiətdə, son dərəcə təcrid olunmuş məkanlarda edərlər. Siz də konsentrə ola bilmə bacarığınızı inkişaf etdirmək üçün telefonunuzu səssiz alın, şüşə və pəncərələri bağlayın, özünüzə gurultusuz və əyləndirici elementlərdən təmizlənmiş bir sahə yaradın. Əgər səs-küydən uzaqlaşa bilmirsinizsə, qulaqlıq taxaraq yüngül bir musiqi dinləməyi yoxlaya bilərsiniz.

  • Gəvəzə daxili səsinizi səssizə alın

    Sıxlıqla, ən diqqət yayındırıcı səs içimizdədir. Diqqətinizi yayındıran daxili səsinizi susdurmaq üçün meditasya texnikalarından kömək ala bilərsiniz. Xüsusilə diafraqmanı istifadə edərək dərin nəfəslər almaq, bu problemi aradan qaldırmaq üçün ən yaxşı texnikalardan biridir. Bəziləri, daxili səslərini kağıza tökərək bu problemdən xilas olur. Qəhvə, kola, çay və siqaret kimi zərərvericilərdən də uzaq dayanmanızın lazım olduğunu da xatırladaq.

  • Fasilə verin

    Uzun saatlar boyu eyni şeyi etmək, başımızı yorar və ağlımızda bir qarışıqlıq yarada bilər. Bu da konsantrasyonumuzun düşməsinə səbəb olur. Tam bir fokuslanma halındaykən, beynimizin məhdud tutumdakı məntiqdən məsul sol hissəsini istifadə edərik. Bu sərhədə çatdığımız zaman; təmiz hava almaq, gəzintiyə çıxmaq, meyvə yemək və ya su içmək kimi canlandırıcı fəaliyyətlər etmək, yenidən fokuslanmamıza köməkçi olar.

  • İş planı qurun

    Gündəlik işlərinizi planlaşdırmaq; saat neçədə, nəyi, nə zaman edəcəyinizi tam olaraq bilmək baxımından əhəmiyyətlidir. Özünüzə gündəlik hədəflər qoymaq və işləri sonlandırma zamanları təyin etmək, ən yaxşı performansınızı əks etdirib işinizi bitirmənizi təmin edəcək və istirahət fəaliyyətinə fokuslanmanızı asanlaşdıracaq.

  • Bədəninizi dinləyin və ehtiyaclarını anlayın

    Fokuslanmanın tam olaraq reallaşmama səbəblərindən biri də, bədənin ehtiyaclarını anlamamaqdan qaynaqlanan fiziki yorğunluqdur. Bioloji saatınızın fərqində olaraq bu problemi aradan qaldıra bilərsiniz. Yuxu saatlarınızı bir nizama oturdub sizin üçün ideal olan yuxu müddətinə (ümumiyyətlə 7-9 saatdır) riayət etsəniz, bu problemi yaşamazsınız.

  • Axında qalın

    Axından qəsdimiz; özünüzü içində olduğunuz ana tam olaraq verməniz nəticəsində ortaya çıxan ruh halı. Keçmişdən qaynaqlanan narahatlıqlarınızı ya da gələcək narahatlığınızı bir kənara buraxaraq axında olmağı bacara bilərsiniz.

Müəllif: Yusif İsgəndərov

Mənbə: http://yusifali.com/