“3D” ayaqqabı

“3D” ayaqqabı
3294

Dünyanın aparıcı idman brendləri olan "Nike" və "Adidas" ayaqqabı istehsalı prosesini sürətləndirmək üçün "3D" texnologiyasından istifadə etməyə başlayıb. Yeni ayaqqabı altlıqlarının prototipi üçölçülü printerlərin köməyilə yaradılır.

Yeni texnologiya idman ayaqqabılarını ağlagəlməz dərəcədə tez bir vaxtda istehsal etməyə imkan verir. Əgər əvvəllər "Adidas" ayaqqabı prototiplərinin hazırlanmasına 12 texnikin əməyi tələb olunurdusa, hazırda bunun üçün yalnız 2 nəfər kifayət edir. Bundan əlavə, yeni prototipin qiymətləndirilməsi prosesi daha 4-6 həftəyə deyil, 1-2 günə başa gələcək. Bir ayaqqabı altlığının istehsalına isə 2 saata yaxın vaxt sərf olunur.

İstehsalçılar çap maşınının sürətinin aşağı olmasını əsas məhdudiyyət kimi dəyərləndirirlər. Qeyd edək ki, "3D"-çap ağır sənayedə, xüsusən də, aerokosmik sahədə uğurla tətbiq edilib. Bundan əlavə, bu texnologiyadan fərdi eşitmə aparatları və endoprotezlərin istehsalında istifadə olunur.