2015-ci ilin ən zəif parolları açıqlanıb

"Splash Data" analitik şirkəti 2015-ci ildə internet istifadəçilərinin seçdiyi ən zəif şifrələrin siyahısını hazırlayıb.Fins.az anspress-ə istinadən xəbər verir ki, söhbət virtual təhlükəsizlik baxımından daha həssas olan və hakerlərin işini asanlaşdıran "asan" şifrələrdən gedir. Şirkətin statistikası göstərir ki, internet istifadəçilər əvvəlki illərin səhvlərindən nəticə çıxarmaq istəmir.Bu səhlənkarlıq və tənbəllik nəticəsində pis niyyətli insanlar həmin hesabları sındıraraq, onlara aid şəxsi məlumatları və ya kredit kard məlumatlarını internetə sızdıra bilib.

İstifadəçilərin seçdiyi ən zəif parolların "iyirmibeşliyində" birinci sırada "123456" rəqəm ardıcıllığı gəlir. 2-ci yerdə ingilis dilindən tərcüməsi elə "şifrə" olan "password" , 3-cü yerdə isə "12345678" rəqəm ardıcıllığı gəlir. Bundan başqa həsas parollar siyasında, beyzbol, futbol, draqon, master, login, solo və digər sadə sözlər və rəqəm birləşmələri üstünlük təşkil edir.Qeyd edək ki, Splash Data şirkətinin ekspertləri il ərzində internetdə sındırılmış milyonlarla şifrəni analiz edərək, növbəti ildə bu barədə hesabat hazırlayır.

Siyahını təqdim edirik:

1. 123456
2. password 
3. 12345678 
4. qwerty 
5. 12345 
6. 123456789 
7. football 
8. 1234 
9. 1234567 
10. baseball 
11. welcome 
12. 1234567890
13. abc123 
14. 111111 
15. 1qaz2wsx 
16. dragon 
17. master 
18. monkey 
19. letmein 
20. login 
21. princess 
22. qwertyuiop 
23. solo 
24. passw0rd
25. starwars 

Mənbə: http://fins.az/