Beləliklə, dekabr hesabat-yekun xarakterli silsilə yazılarımızı davam edirik. Keçən yazımızda biz 2015-ci ilin TOP5 biznes-bloq yazısı barədə yazmışdıq, bu dəfə biz 2015-ci ildə ən aktiv marketinq departementləri barədə yazmaq istəyirik. Beləliklə… 2015-ci ilin gəhramanları kimlərdir?!
Əziz oxucu, bu bloq, bizim Sizinlə (səninlə) müştərək bloqumuz olduğunu mən dəfələrlə demişəm. Deməyə ehtiyyac yoxdur, onsuzda sən bunu bilirsən. Bizim rolumuz çox sadədir, Mən yazıram – Sən oxuyursan! Diqqət edək, bu bloqda yazılanlar İlkin Manafovun subyektiv fikirləridir və əlbəttə ki, aşağıda yazacağım siyahıda mənim bir biznesdə olan biri kimi baxışlarımın məhsuludur.
Siyahıya keçməzdən əvvəl deyim ki, 2015-ci il biznes üçün çox-çox ağır il olub. Fərqli iqtisadi vəziyyətdə marketinq departementlərinin işlərinidə təbii ki, çətinləşdirib. Bir sözlə bu il işləmək, keçən illərlə müqayisədə daha çətin olub. Buna baxmayaraq 2015-ci ildə gəhramanlıq edən marketinq komanldaarı olub. Bunların içərisində ən yaxşı 5 şirkəti Sizlərə təqdim edirik.
- TOP5 – Embawood. Şirkət 2014-cü ildə son dərəcə passiv bir marketinq ili keçirmişdi. Bu il, 2015-ci ildə şirkətə yeni nəfəs gəlib desək, heç şişirtmərik. Düşünürəm ki, bu il, Emba yaxşı işləyib və böhrana baxmayaraq il boyu daim öz brendlərinin marketinq aktivliklərini sərgiləyib. Bu yaxşı haldır. Şirkətin marketinq fəaliyyəti hələdə, istehsal ağırlığı hiss edilsədə düşünürəm ki, beşinci yeri rahat vermək olar!
- TOP4 – Bank of Baku. Bank sektorunda devalvasiyadan sonra belə kifayət qədər ciddi aktivliklər edən nadir banklardandır Bank of Baku. Bir vaxtlar retail bank sektorunun “şahı” olan bank böhran dövründə etdiyi aktivliklər mənim yaddımda qalan birinci bankdır. Düşünürəm ki, bu bank sektoruna qazandırdığı mükəmməl kadrları, istərsədə marketinq aktivliklərinə görə, həqiqətəndə təbrik ediləsi bir bankdır. Başda Niqar xanım olmaqla, butün marketinq blokunu təbrik edirəm!
- TOP3 – Soliton. Bu il Soliton sektorda olan digər rəqibləri ilə müqayisədə çox aktiv olub. İl boyu keçirdiyi kampaniyalarla, şirkət böhran dövrü olsada ciddi çalışıb. Bu hiss edilir və düşünürəm ki, bu il Soliton bazar payını artırıb. Satışları olmasada bazar payında ciddi artım və inkişaf olmasında marketinq aktivlikliklərinin payı çox yüksəkdir. Soliton bazarda devalvasiyadan öz mövqeyini saxlaya bilən yeganə məişət texnikası satan şirkətlərdəndir.
- TOP2 – Bakcell. 2015-ci ilin marketinq aktivliklərinə baxdıqda Bakcell istər marketinq büdcəsi, istərsədə ümumi marketinq aktivliyi cəhətdən digər operatorlardan ən azı bir “baş” yuxarıdadır. Mobil operatorlar ölkəmizdə əlbəttə marketinqin inkişafı üçün böyük əhəmiyyət kəsb edirlər.
- TOP1 – Yoxdur. Bu il həqiqətəndə ölkəmizdə yerli şirkətlər çox passiv marketinq fəaliyyətləri olub, keçən illərlə müqayisədə. Mən bu il heç bir şirkətin marketinq departamentinə birinci yer verə bilmirəm. Əlim gəlmir. Amma ümid edirəm ki, 2016-cı ildə ölkəmizdə olan iqtisadi vəziyyət marketoloqları həvəsdən salmayacaq.
Müəllif: İlkin Manafov