2015-ci ilin ən yaxşi BTL kampaniyasi barədə

2015-ci ildə ölkəmizdə olan marketinq aktivliklərin içərisində heç şübhəsiz ki, “Золотой сад” brendinin etdiklərinin xüsusi yeri, çəkisi var. İstər etdikləri marketinq aktivlikləri istərsədə distribyutsiya üzrə müsbət göstəricilərinə görə düşünürəm ki, brend bu il çox uğurlu bir marketinq mərhələsi keçib. Bu il brendin etdiyi BTL kampaniya isə, sözün həqiqi mənasında təqdirə layiqdir. Heç düşünmədən bu bloqu “Золотой сад” brendi və həmin brendin reklam ajansı olan Times Consulting şirkətinə həsr etmək istəyirəm.

Düşünürəm ki, 2016-ci il bu komanda üçün son dərəcə uğurlu olacaq. Niyə?!

İlk əvvəl ona görə ki, Times Consulting komandası böhran dövründə, digər reklam şirkətləri bağlamaq mərhələsində olanda öz aktivliklərini dahada artırıblar. Bu o deməkdir ki, Times Consulting böhranda öz bazar payını artırıb. Əlbəttə bu prosesdə Times komandasının rolu son dərəcə böyükdür – istər Elgar müəllim, istərsədə komandanın ayrılmaz üzvlərindən olan Firdovsi, Emil, Elnur və digərlərini adlarını çəkməmək mümkün deyil. Bu adamlar belə ağır şəraitdə sözün həqiqi mənasında öz optimizmləri və əməksəverlikləri nəticəsində bu uğurları qazanıblar.

Daha əvvəl hər dəfə, mənim yaxın dostum Elgarla belə bir dialoqumuz olurdu: Elgar deyirdi ki, 8-8-8 prinsipi ilə həqiqi uğurlu olmaq çətindir. Yalnız gecə-gündüz işlədiyimiz zaman biz nəticə əldə edə bilərik. Mən bununla razı deyildim. Amma 2015-ci ildə hiss etdim ki, həqiqətəndə vəziyyət Elgar dediyi kimidir. Yalnız fasiləsiz işləmək nəticəsinə nesə əldə etmək olur.

Təcrübəmdən hiss etmişəm ki, uğurlu marketinq kampaniyasında hər iki tərəf (istər reklam verən, istərsədə reklamı icra edən) maksimum işləməlidir. Hər ikisində həvəs, sevgi, işə yanaşma doğru olmalıdır.

“Золотой Сад” tərəfdən olan dostumuzda burda ciddi əmək sərf etdiyi göz önündədir. Marketinq sahəsində öz parlaq zəkası və əməksevərliyi ilə həqiqətəndə böyük işlər görmüş eks-embawoodçü iş yoldaşım Müşfiq müəllimində burda rolunu göstərmək lazımdır. Diqqət edirəm, Müşfiq baş marketoloq olaraq kampaniyanın butün hissələrində öz əməyini sərf edib. Yaxşı xatırlayıram, mənim ilk marketinq müəllimlərimdən olan, Rusiyanın bir vaxtlar ən güclü marketinq direktoru hesab edilən Andrey Rukavişnikovun çox yaxşı bir sözü var edi: “Reklam çəkilişində şəxsən özü iştirak etməyən, Fokus qruplarda özü güzgünün bir tərəfində oturmayan marketinq direktoru heç vaxt güclü ola bilməz…” mən bununla tam razıyam. Uğur qazanmaq üçün “can” qoymaq lazımdır. Müşfiq bugün çalışdığı şirkət üçün “can” qoyur!

Başda Times Consulting şirkətinin rəhbəri Elgar müəllim və “Золотой сад” brendinin rəhbəri Müşfiq müəllim olmaqla butün dostları 2015-ci ilin ən mükəmməl BTL kampaniyası etdikləri üçün təbrik edirəm! Belə böhranlı vəziyyətdə Sizin optimist yanaşlamalırınız ümumi sektor üçün vacibdir!

Bu arada mən bilirəm 2015-ci ildə Times Consulting bir neçədə BTL edib, bu haqda özünüz araşdırın!

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com