20 yaşında nə etməlisən ki, gələcəkdə daim yüksəklərə qalxasan

20 yaşında nə etməlisən ki, gələcəkdə daim yüksəklərə qalxasan
1230

20-30 yaşlar – bu kim olmaq isteyinin formalaşdığı zamandır- həm şəxsi, həm də professional planda. Bu illəri gələcəkdə uğurlu və heyatından razı bir insan olmaq üçün sərf etmək lazımdır.

  1. Öz hədəflərinizi qeydə alın. İdeal həyatınızın 5, 10 və 20 il sonrasını təsəvvür edin. Arzunun arzu olaraq qalmaması üçün hər şeyi qeydə alın: hədəflər və onlara nail olmaq yolları. Beləliklə də, siz nə istədiyinizi daha dəqiq anlaya və heç nəyi gözdən qaçırmaya bilərsiniz.
  2. Öz eqonuza təslim olmayın. Qürurunuzun və şöhrətpərəstliyin gözlərinizi kor etməsinə imkan verməyin. Həyatda yüzlərlə fürsət olduğu halda bu keyfiyyətlər onları görməyə qoymur. Özünüzə sual verin: “Bəlkə həqiqətdə bu belə deyil? Bəlkə mən yanılıram?”
  3. Mümkün qədər çox oxuyun. Siz universitet bitirirsiz, diplom alırsız, lakin hələ də yetərincə bilikli deyilsiz. Sizə maraqlı olan kitabları oxuyun. Beləliklə də, siz universitet və məktəbdə öyrənmədiyiniz bir çox məlumatları əldə etmiş olacaqsınız.
  4. Başqalarının həyatını yaşamayın. Öz uğurunu başqalarıyla müqayisə etmək asandır, lakin bu yolla siz əldə etdiklərinizi hiss etməyəcəksiniz. Öz ağlınızla yaşayın və nəyisə “etmək” xatirinə etməyin. Həyatınız yalnız sizin əlinizdədir.
  5. Keçmişə heyfislənməyin. Iki növ insanlar var: keçmişə baxan və gələcəyə baxan. Birincilər deyir: “Mən orda oxuya bilərdim” və ya “ Eh, men onunla ailə qursaydım, nağıl kimi yaşayardım”.Bu cür insanlar daim heyfislənməyə səbəb axtarır və şanslarını itirirlər. İkincilər isə deyirlər: “Mən bu işi əldə edəcəm”, “ Mən öz ailəmin qeydinə qalacam”, “Mən bunu edə bilərəm və edəcəm”. Həyat onlar üçün inkişaf etmək və öyrənmək, hər uğursuzluq isə dərsdir.
  6. Yaxınlarınıza tez-tez onları sevdiyinizi söyləyin. Qoyun bu adət halına keçsin. Onlar üçün xırda sürprizlər edin, xoş sözlər söyləyin- bununla da siz onlarla həyatınızı bölüşmək imkanı əldə etmiş olursunuz. Öz hisslərinizi çəkinmədən biruzə verin.
  7. Sağlamlığınızın qeydinə qalın. Çoxları 40 yaşa kimi (yaşdan sonra) bütün pulları dərmanlara xərcləyir. Çox hərəkət edin- buna nə qədər tez özününzü alışdırsaniz bir o qədər cavan qalmış olacaqsız. Lakin sevdiyiniz fiziki aktivliyi seçin, yoxsa tez bezə bilərsiniz.
  8. Qocalığa pul ayırın. Qazandığınızdan az xərcləyin. Güvəndiyiniz bankda təqaüd hesabı açın və hər ay (mütəmadi olaraq) üzərini artırın. Beləliklə də, siz 55-60 yaşlarında deyil, ürəyiniz istəyən zaman təqaüdə çıxa bilərsiniz.
  9. Suallar verin. Çox şey həyatda fikir və ideya mübadiləsindən aslıdır. Sual verin və müxtəlif insanlardan cavab alın. Bu cavablarla birgə imkanlar da gələcək. Alimlər təsdiq edirlər ki, bilik əldə etməyin bu yolu insanlar arasında münasibəti də möhkəmləndirir.
  10. Diş saplarından istifadə edin ki, gələcəkdə stomatoloq kreslosunda vaxt itirməyəsiz, bu həm ağrılı, həm də bahadır. Diş həkimləri diş fırçasının çatmadığı diş aralıqlarını təmizləmək üçün gün ərzində azı bir dəfə diş saplarından istifadə etməyi məsləhət görür.
  11. Son tibbi nailiyyətlərdən xəbərdar olun. Vicdansız həkimlərdən və “möcüzə yaradan” dərman vasitələrindən uzaq olmaq üçün elmi və tibbi məqalələr oxuyun.
  12. Bişirməyi öyrənin. Bəlkə də indi siz tək yaşayırsınız amma gələcəkdə həyat yoldaşı və uşaqlarınız da olacaq. Bu zaman bişirmək qabiliyyətinə ehtiyacınız olacaq. Bundan başqa ev yeməyi restoran yeməyindən faydalıdır.
  13. Vacib proyektlərdə iştirak edin. Mədəniyyəti inkişaf etdirən və yenilikçi insanlara qoşulun. 20 yaşında sizdə öz töhvənizi cəmiyyətlə bölüşmək üçün yetərincə güc və sağlamlıq var. Bu yaş dünyanı dəyişmək üçün ən uyğun vaxtdır.
  14. Dünyada baş verənlərlə maraqlanın. Xəbərləri izləyirsinizsə sizin ürəyinizdə tutduğunuz işi tapa bilmək və ya sizə harda tələbat olduğunu başa düşmək şansınız artacaq. Üstəlik də bütün mövzularda həmsöhbət ola biləcəksiniz.
  15. Səyahət edin. Bununla siz çox şeyləri öyrənə və dünyanın nə qədər böyük və eyni zamanda nə qədər kiçik olduğunu anlaya biləcəksiniz. Görməli yerləri gəzin, ancaq, bələdçi kitabçalarından gizlin qalan kiçik kafe, dükan və parkları da kəşf etməyi unutmayın.
  16. Gündə heç olmasa yarım saat özünüzlə təkbətək qalın. Əmin olun ki, mane olan olmayacaq- telefon səssiz rejimdə başqa otaqdadır və komyuter sönülüb. Heç bir SMS və sosial şəbəkələr-yalnızca siz. Özünüzü dinləməyi, öz davranışlarınızı və təcrübənizi təhlil etməyi öyrənin. Əgər istəsəniz gündəlik tutun və fikrilərinizi qeydə alın, musiqiyə qulaq asın və ya yoqayla məşğul olun, ancaq, yalnız təklikdə.
  17. Uğursuz olduğunuz anlara qiymət verin. Səhv edə bilərsiz, ancaq, səhvlərinizdən dərs çıxarın. Daha çox uğursuzluq daha çəx təcrübə deməkdir.
  18. Hər həftə geriyə nəzər salın. Bazar günləri özünüzə sual verin: bu həftə nələr baş verdi? Səhv olan nə idi? Nəyi dəyişmək lazımdır ki, gələn həftə daha uğurlu olsun?

Hazırlıqsız bütün məsləhtlərə əməl etmək demək olar ki, mümkün deyil. Hansısa birindən başlayaraq yavaş-yavaş digərlərini də həyatınıza daxil edin. Hətta siyahıdakıların heç olmasa yarısını adət halına sala bilsəz 30 yaşdan yuxarı həyatınız daha xoş olacaq.

Mənbə: http://www.businessinsider.com/changes-to-make-in-your-20s-2015-11