10 ən bahalı velosiped

10 ən bahalı velosiped
13048

Velosiped sürmək əyləncəlidir, sağlamlıq üçün çox yaxşıdır və həmçinin, çox səmərəli, effektiv, əlyetərlidir. Bu, həmçinin, nəqliyyat vasitəsi olmaqla sizi təkcə yüksələn yanacaq qiymətlərindən və ozon qatının çirklənməsində iştirak etməkdən kənar tutmur, eyni zamanda, sizi sağlam və enerjili saxlayır. Bəzi adamlar velosipedi əyləncə üçün, bəziləri isə professional sürücü olmaq ehtirası üçün sürür. Bu, özünü və ətraf mühiti sağlam saxlamaq üçün doğrudan da innovativ ideyadır. Bəzi adamlar hər şeydə yüksək keyfiyyət axtarırlar və bu mövzuda heç bir kompromissə getmirlər. Bu prinsip velosiped professionalları və onu sevənlər üçün də keçərlidir. Onlar da çox səmərəli olan və performansa yardım edən velosipedlər tələb edirlər.

Aşağıda 2014 il üçün ən bahalı 10 velosipedin siyahısı verilmişdir. Onların qeyri-adi xüsusiyyətləri verilən qiymətlərə səbəb yaratmışdır.

10. Litespeed Blade bike – $ 40 788
Litespeed Blade bike
Bu innovativ velosiped bir çox xüsusiyyətlərə malik olmaqla doğrudan da tərifə layiqdir. Bu velosipedin ixtirasından əvvəl titanium elementi ekzotik material sayılırdı və ondan velosipedin ramasının formalaşdırılması mümkün sayılmırdı. Amma 1980-ci ilərin sonunda məhz Merlin və Litespeed, təkmilləşdirlmiş titanium ramasını dizayn etməklə adamların titaniumla əlaqədar fikrini dəyişdi.

Bu lüks velosiped, tayı bərabəri olmayan sürülmə keyfiyyətinə malikdir. Onun bu keyfiyyəti, karbon lifinə və titanium ərintisinə borcludur. Bu velosipedin sürülməsi valeh edicidir və sizə yaddan çıxmayacaq cəsarət verir. Onun massiv raması, baş hissəsi və arxa hissə ilə bağlı güclü bıçağı, sürülmə prosesinə kömək edir. Bu futuristik və yüksək keyfiyyətli velosiped çox sürətlə gedir və qiyməti 40,788.

9. Electric Assist bicycle by e-Rocket – $ 44 000
Electric Assist bicycle by e-Rocket
Bu bahalı velosiped Nano-litium batareya ilə gücləndirilərək, $44,000 –a satılır. Bu batareyanın ömrü 10 ilə qədər və ya 50,000 km məsafəyə qədərdir. Bu, möhtəşəm, gözəl və modern velosiped, pedal çəkməyi hər zaman sevməyən varlı velosipedçilər üçün mükəmməldir. Tam doldurulmuş batareya ilə velosiped 60-80 km gedə bilər. Batareyanın boşalması halında isə o, velosipedi sürərkən pedalların işlədilməsi sayəsində yenidən doldurulur. Bu- insan-hibrid maşın adlandırılır və bu növ velosipeddən ildə cəmi 10 ədəd istehsal edilir.

8. Montante Luxury Gold Collection – $ 46 000
Montante Luxury Gold Collection
Bu velosiped gözəlliyin və hissiyatın real imici olmaqla sizə sürülmə prosesinin böyük zövqünü verir və sürülmənin ən yüksək rahatlıq və incəliyini təmin edir. Bu, velosiped istehsalçısı Montante tərəfindən hasil edilən, qadınlar üçün İtalyan velosipedidir və 24 karat qızıl yarpaqla, 11 000 Svarovski qaşları və piton dərisi ilə zənginləşdirlib. Təəssürat yaradan dizaynın yol əyləcləri, ənənəvi dinamosu və dəridən oturacağı, bu eleqant velosipedin spesifik xüsusiyyətləridir.

7. Rare Tiffany & Co. Silver Mounted Lady`s Bicycle- $ 50 000 – $ 70 000
Rare Tiffany & Co. Silver Mounted Lady`s Bicycle
Bu, lüks və ən klassik velosiped olmaqla 1890-da istehsal edilib və qiyməti 50 000 – 70 000 $ arasındadır. Bu, nadir, bahalı bir velosipeddir, çünki, ancaq bir neçə belə gözəl və lüks velosiped istehsal edilmişdir və onlardan biri, 19 əsrin axırlarında səsi səhnə performansı və gözəlliyi ilə populyar olan, ən məhşur müğənni və aktrisa Lilian Rasselə məxsus olub.Bu əsrarəngsiz velosiped, Tiffany ötürücü sürət sistemi, yonulmuş fil sümüyündən olan sükan və Brook`s dəri oturacağı ilə təchiz edilib.

6. Chrome Hearts x Cervelo – $ 60 000
Chrome Hearts x Cervelo
Bu zərif velosiped, 2010-cu ildə Chrome Hearts`ın məşhur velosiped istehsalçısı Cervelo ilə əməkdaşlığı nəticəsində istehsal edilib.O, unikal formaya malik olmaqla, təbii dəri, müştəriyə uyğun qrafika, dəyərli metal və daşlarla zənginləşdirilərək istənilən kolleksionerin zövqünə uyğun olacaq. Bu, cəlbedici sənət əsəri və eyni zamanda, dəyərli və lüks nəqliyyat vasitəsidir.

5. Trek Madone 7 - Diamond – $ 75 000
Trek Madone 7 - Diamond
Trek Madone 7 – Diamond, bahalı velosipeddir və yeddi bir karatlıq qızıl brilliant, 100 ağ brilliantla təchiz olunub. Bu təəssürat yaradan velosiped, Nike, Trek Bikes, zərgər Alan Fridman və rəssam Lenni Futura əməkdaşlığı tərəfindən yaradılıb və 2005-ci ildə Nyu-Yorkda keçirilən Lans Armstronq Fondunun illik qalasında satılıb. Bu, qızılla hörülmüş və sürücünün bütün tələblərinə cavab verən lüks velosipeddir. Bu velosiped, sahibini hətta dünya səviyyəli motosikletçilərin arasında məğrur hiss etdirməyə qadirdir.

4. Aurumania Crystal Edition Gold Bike – $ 114 400
Aurumania Crystal Edition Gold Bike
Bu Crystal Edition Gold Bike, təkrar olunmaz imzalı məhsullar yaradan, Aurumania tərəfindən istehsal edilib. Bu, məhdud versiyalı velosipeddir və dünyada ancaq 10 ədədi əlyetərlidir. 24 karat qızıl yarpaqdan hörülmüş gövdəsi, işıldayan 600 Svarovski bülluru ilə zənginləşdirlib, oturacağı isə ən yaxşı dəridən hazırlanıb. Onun yaradıcı üslubu və ekskluziv zənginləşdirmə ilə ənənəvi dizaynı onu elə ilk baxışda cəlbedici edir.

3. KAWS – Trek Madone - $160 000
KAWS – Trek Madone
KAWS – Trek Madone, dəhşətli velosipeddir. Bu faktı, xərçəng xəstəliyindən qurtaran və Çoxsaylı Tur de Frans (Fransa yarışı) qalibi Lans Armstronq, Vuelta Leon y Castilla yarışı zamanı bu velosipedi sürməklə etiraf etmişdir. Bu velosiped, özünəməxsus KAWS imzasına malikdir. Gövdəsində dişləri təzahür edən dizayna malik olmaqla, velosiped, rəssam Brayan Doneli tərəfindən, yaradıcı olaraq sarı və qara boya ilə rənglənmiş, möhtəşəm aksessuarlara və əla aerodinamikaya malikdir.

2. Trek Yoshitomo Nara – $ 200 000
Trek Yoshitomo Nara
Trek Yoshitomo Nara, Yoşitomo tərəfindən yaradılan, sənətin ekskluziv işidir. Bu velosiped, cənab Y. Nara imzası, cizgi filmi obrazları və Livestrong loqosu ilə zənginləşdirilmiş Sürət Konseptli velosipeddir. Bu, valehedici velosipeddir və yüksək sürət və yüngül çəki məqsədilə karbon lifindən düzəldilmiş gövdəsi ilə istənilən yarış üçün mükəmməldir. Bu, məhşur velosipedçi Armstronqun karyerasının 2009-da yenidən canlandırlıması üçün istifadə edilən velosipeddir. Bu velosipedin digər versiyalı qiyməti $ 1 125 000 və bu versiya, xərçəng xəstəliyi bilincinin yüksəldilməsi üçün Armstronq və Nike firması tərəfindən təşkil edilmiş tədbirdə təqdim edilmişdir.

1. Trek Butterfly Madone – $ 500 000
Trek Butterfly Madone
Bu ən bahalı velosiped də Armstronqun karyeraya qayıdışı ilə əlaqədar istifadə olunmuşdur. Onun istehsalı, modern texnologiyanın köməyi ilə həyata keçmiş, üstü isə, onu gözəl, qamətli və parlaq göstərən yüzlərlə gözəl kəpənəklərlə hörülmüşdür.