10 ən yaxşı marketinq kitabı

10 ən yaxşı marketinq kitabı
5062

10. Uçurumu keçərək
İnnovatorlarla geri qalanları müqayisə edərək, Cefri Mor, yeni bazarların yaranmasının xəritəsini cızır. Bu kitab, yüksək texnologiyaya dair olsa da, onun çıxardığı dərslər və gətirdiyi nümunələr, istənilən sənayeyə və biznesə tətbiq edilə bilər.

9. PT Barnumun həyatı
Fikirləşə bilərsiz ki, “şəxsi ticarət markası“, güclü iddia doğuran daxili hirsin məhsuludur. Lakin, özünü-təşfiqin ən böyük ustası, PT Barnum idi (19-cu əsrin məşhur Amerikan şoumeni və işadamı). O, əsl şoumen olaraq, yarım əsrdən çox bir dövr ərzində öz sosial imicini yaratmağa, yüksəltməyə, dəyişməyə və gücləndirməyə nail olmuşdu. Rəqiblər də onun özünə, məhz onun tətbiq etdiyi metodları istifadə edərək qalib gəlmişlər. Bu kitab əsrarəngsiz kitablardan hesab olunur.

8. Gözə görünməyəni satmaq
Son 50 ilin ən böyük iqtisadi transformasiyalarından biri də ABŞ və Avropada istehsal iqtisadiyyatının xidmət iqtisadiyyatına keçididir. Kitabın müəllifi olan Harri Bekvizə görə, bu keçidin uğurlu olması üçün biznes sahibinin və ya yönəticisinin işlədiyi şirkətlərlə güclü münasibətlər qurmaq qabiliyyətinə malik olmasıdır.

Kitabdan dəyərli sitat: “Yeni marketinq, əməlin üslubu deyil, fikrin və düşüncənin üslubudur. Bu, xidmətin özünəməxsus xüsusiyyətlərini və unikal təbiətini və eyni zamanda, müştərilərin qorxularını, məhdud vaxtlarını, bəzən qeyri-məntiqi qərarvermə üslublarını, hərəkətverici ehtiyaclarını başa düşməklə başlayır ”.

7. Nüfuz
Bob Sialdininin bu kitabı başdan sona, müştəriyə necə “hə” dedizdirmək yollarının ərz edilməsindən ibarətdir. Gərgin praktiki müşahidələr nəticəsində, Siladini hərəkətlərin və sözlərin müştərilərə, həmkarlara və hətta, rəqiblərə necə dərindən təsir etdiyini aşkar edir.

6. Mövqeləşmə
20 il bundan öncə nəşr edildiyi zamandan bugünə kimi Al Rays və Cek Trautun bu klassik əsəri, digər insanların və şirkətlərin nə istəyib, nə etdiyinin daha geniş baxış fonunda sizin məhsulun hansı mövqedə olduğunun təməl qavramlarını ərz edir. Təcrübədən götürülən bəzi nümunələr, bir az köhnəlsə də, bu kitab zəngin mahiyyətli kitabdır.

5. Bay-oloci
Neyrocərrahiyyəni marketinq sənətinə yeritməklə, Martin Lindstrom bu kitabda varlığından, demək olar ki, hali olmadığımız mental qüvvələrin, bizim nə fikirləşdiyimizə və nə etdiyimizə təsir etməsini izah edir. Daha da önəmlisi odur ki, Martin Lindstrom, bu (bazar) impulslarının necə ölçülməsini və marketinq kompaniyasında necə istifadəsini göstərir.

4. İcazə marketinqi
Onilliklər boyu marketinq ekspertləri marketinqi, brendin istehlakçıya necə yeridilməsi kimi fikirləşirdilər. Set Qodin bu konsepti alt-üst etdi və göstərdi ki, bugün insanlar o qədər seçimə malikdirlər ki, onlar istədikləri brendi seçib, istifadə edə bilərlər.

3. Partizan marketinqi
30 il əvvəl Cey Konrad Levinson, marketinqi böyük korporasiyaların əlindən alıb, onu girişimçilərin (və ya sahibkarların) və kiçik biznesin əlinə verdi. Kitab izah edir ki, əgər yaradıcısınızsa, onda iş dünyasında gözə görünmək üçün böyük məbləğdə pullar xərcləməyə ehtiyac qalmır.

2. Uzun quyruq
Əgər 20-ci əsr hit məhsullar tərəfindən dominə edilirdisə, onda 21-ci əsr nişe məhsulları – yəni, satış potensialı olan, lakin satış faktı olmayan (istismar edilməyən) məhsul bazarı / məhsul seqmentləri - tərəfindən dominə ediləcək. Müəllif Kris Andersonun lərzəyə gətirən izahına görə bu, internet üzrə satış vərdişlərinin varlığı nəticəsində olacaq.

1. Həddindən artıq populyar yanlışlıq və kütlə-alıcı dəlisovluğu
Sonucda, marketinq insanlar qrupunun və onların düşüncə tərzinin başa düşülməsi deməkdir. Onilliklər boyu texnologiya dəyişsə də, insanlar dəyişməyib. Ona görə, bu heç də təsadüfi deyil ki, Çarlz Makayın 1841-ci ildə qrup-düşüncəsinin mahiyyətini tutması, bugün də öz aktuallığını qoruyub saxlayır. Bu kitabı oxusanız, Böyük Tənəzzülün (2008-2010) niyə baş verməsinə heç vaxt təəccüb etməyəcəksiz.

10 ən yaxşı marketinq kitabı