10 ən böyük kiber hücum

10 ən böyük kiber hücum
1475

Müasir mədəniyyətdə xakerlər bir növ qəhrəmanlar kimi qələmə verilirlər. Onlar yeni nəsil cihazlara sahibdirlər və sistemə qarşı mübarizə aparırlar. İş əsnasında isə bir çox xaker hücumları adi istifadəçilərə zərər yetirməkdən başqa bir şey deyil. Həmin hücumlardan hansılarını daha irimiqyaslı hesab etmək olar? Baxmayaraq ki, xakerlər çox vaxt bu hücumları sadəcə əyləncə üçün edirlər, onların əsas məqsədi külli miqdarda insanın kredit kartlarının şifrələrini oğurlamaqdır. Hər il bu cür hucumlara qarşı müxtəlif qorunma sistemləri yaradılır. Lakin buna baxmayaraq xakerlər həmin sistemləri də sındırmağı bacarırlar.

Jonathan James dahi xaker kimi məşhurlaşmışdır. Belə ki, o 15 yaşında (1999-cu il) NASA-nın serverini sındıraraq BKS-in (Beynəlxalq Kosmik Stansiya) vacib sisemlərindən birini ələ keçirtmişdir. Bu hadisə böyük panikaya səbəb olaraq rəqəmsal qorunmanın tamamilə dəyişdirilməsinə gətirib çıxartdı. Kiçik yaşda olduğu üçün həbsxanadan canını qurtaran Jonathan James 24 yaşında bilinməyən səbəblərdən vəfat etdi.

2013-cü ildə Adobe Systems şirkətinə edilmiş kiber hücum ən məşhurlardan sayılır. Həmin hücum zamanı 150 milyon insanın personal məlumatları və 3 milyon kredit kartının şifrələri oğurlanmışdır.

2014-cü ildə baş vermiş kiber hücum Mt. Gox saytından külli miqdarda Bitcoin-in oğurlanmasına gətirib çıxartdı. Xakerlər 400 istifadəçinin məlumatlarını oğurlamışdılar. Nəticədə 470 milyon dollar dəyərində Bitcoin oğurlandı. Bu hadisə saytın bağlanmasına və virtual valyutanın qiymətinin enməsinə gətirib çıxartdı.

2015-ci ilin iyun ayında ABŞ-ın şəxsi menecment ofisinə Çin xakerləri tərəfindən kiber hücum təşkil olunmuşdu. Nəticədə 20 milyona yaxın şəxslərin məlumatları və sosial sığortalarının nömrələri oğurlandı.

2007-ci ildə Estoniya insanlıq tarixində ən böyük kiber hücumlardan biri ilə qarşılaşdı. Hökumətin, prezidentin, baş nazirin, KİV saytları iki həftə müddətinə işlənməz hala gəldi. Bank sistemi isə dayanmış halda idi. İnsanlar adi pul köçürmələrini belə reallaşdıra bilmirdilər.

2015-ci iln fevral ayında Anthem tibbi sığorta şirkətinə edilmiş kber hücum nəticəsində 88 milyon müştərinin məlumatları oğurlandı. Ehtimal olunurdu ki, həmin hücum Çin xakerləri tərəfindən edilib. Oğurlanmış məlumatların içində hətda müştərilərin sosial sığorta nömrələri də var idi.

Stuxnet casusluq və müxtəlif müəssisələr üçün təxribatların hazırlanmasında istifadə olunan ən məşhur komputer virusudur. Güman olunur ki, bu virus İranın nüvə proqramına qarşı ABŞ və İzrail tərəfindən hazırlanıb.

İndiyənə kimi hərbi komputerlərə edilmiş ən böyük kiber hücum ilə təqsirli bilinmiş şotlandiyalı xaker Gary McKinnon ABŞ-ın hərbi təşkilatlarına hücum edərək 2000 komputeri sıradan çıxartmış və bir çox məlumatları oğurlamışdır. Xakerin sözlərinə görə isə o UFO və antiqravitasiyanın yaradılması haqqında məlumatları tapmaq üçün bu hücumu etmişdir.

2014-cü ildə Çin xakerləri ABŞ-ın hərbi bazalarını sındıraraq yeni silah növlərinin 20-ə yaxın çertyojlarını oğurlamışdılar.

17-19 Aprel 2011-ci il tarixlərində LulzSec adlı xaker qruplaşması PlayStation Network internet servisinə hücum edərək 77 milyon istifadəçinin məlumatlarını və 10.000-ə yaxın kredit kartın nömrələrini oğurlamışdı. İstintaq ilə əlaqədar olaraq PlayStation öz servisini 1 aylıq bağlamaq məcburiyyətində qalmışdı.

 

 

Mənbə: http://technote.az/