2014-cü ildə nəsli kəsilməkdə olan 10 karyera sahəsi

2014-cü ildə nəsli kəsilməkdə olan 10 karyera sahəsi
2943

“CareerCast”in verdiyi hesabata görə 2014-cü ildə artıq 10 karyera sahəsi yox olmağa məhkumdur.

Adi kağıza qənaət etmək istəməyimiz belə bəzi iş yerlərinin bağlanmasına gətirib çıxarır. Belə ki, bu gün insanlar xəbərləri və ya şəxsi məktubları öz tablet, telefon və ya notbukları vasitəsi ilə oxuduqları üçün daha heç kim onlara məktub gətirmir. Bu hal kağız israfını azaltsa da, poçtalyonların işinin sonunu gətirib çıxarıb. Bu peşə sizə göstərmək istədiyimiz ilk peşə sahəsi idi. Bütün bunlar online kommunikasiya sahəsindən istifadənin günü-gündən inkişafı, istifadənin daha da əlverişli olması səbəbilədir. “CareerCast” ın hesabatına görə bu sahədəki avtomatlaşdırılmış ödəmə sistemi və elektron poçt xidmətinin inkişafı birinci sinif poçt xidmətinin məşğulluq səviyyəsinə öz mənfi təsirini göstərmişdir.

İkinci peşə sahəsi isə fermerlikdir. Təbii ki, bu gün texnologiyanın sürətli inkişafı, sıçrayışı bu sahədən də yan keçməyib. Hesabata görə artıq bu sahədə işəgötürmə 19%-ə qədər aşağı enib. Bu gün dünyada fermalar hərgün daha da böyüyür və xüsusi bir sahə üzrə spesifikləşirlər. Onu da qeyd etmək lazımdır ki, bu ferma sahibləri bunu işçi heyətini azaldan yüksək texnlogiyanın sayəsində edirlər.

Üçüncü sahə isə “sayğac oxuyanlar” yəni nəzarətçi peşəsidir. Texnologiyanın inkişafı burdan da yan keçməyib. Bildiyimiz kimi smart sayğacların meydana gəldiyi bir vaxtda köhnə sayğaclara da ehtiyac duyulmadığı kimi onları oxuyan və nəzarət edənə də ehtiyac duyulmur.

Dördüncü peşə qəzet repartyorlarıdır. Aydındır ki, son illər qəzetlərin inkişafında nəzərə çarpacaq yüksəliş hiss olunmur, əksinə durğunluq hökm sürür. Yüksəliş olmayan yerdə maliyyə problemləri də labüddür. Belə olan halda zərbə işçiyə-repartyorlara dəyir. Qəzet satışı azaldığı üçün bəzi redaksiyalar ya işçisini azaldır ya da öz işinə tamamilə son qoyur. Həmçinin qəzetlərdə reklamların azalması nəticəsində onların büdcə kəsirləri 2009-cu ildən 30%-dən artıq olub.

Beşinci peşə isə səyahət agentləridir. Bu sahə ilə məşğul olan online turist şirkətlərinin artması və turistlərin şəxsi qeydiyyatlarının özlərinin aparması artıq turist agentlərinin iş yerlərinin azalması ilə nəticələnir.

Altıncı peşə odun doğranyanlardır ki, artıq onlar da yox olmaqdadır. Guardianın 2012-ci il hesabatına əsasən bu peşə sferası həmin il sonu çatan peşələr sırasında birinci yerdə dururdu və bu proqnoza görə bu sahənin 2016-cı ildən sonra yox olmaq ehtimalı daha çoxdur. Odundoğrayanlar indi nəinki ən çox işsizlik kütləsini, həm də ən təhlükəli peşələrdən sayılır. Təbii ki, bu peşənin də tədricən yoxa çıxmasına səbəb texnologiyanın inkişafıdır.

Yeddinci peşə sahəsi uçuş bələdçisidir (biletyoxlayan).Son illər baş verən durğunluq və tənəzzüllər aviaşirkətlərdən də yan keçməmişdir. CareerCast-in hesabatına görə bu peşənin sahibləri 2013-cü ildə ən aşağı maaş alan, yüksək stress keçirən və bazarda ən az iş tapanlardır. Aviaşirkətlər hazırda işçilərinin sayının azaldılmasıyla möhkəmlənməkdədirlər.

Səkkizinci peşə qazma dəzgahı operatorlarıdır ki, onlar quyu qazma, su çıxartma, qazma maşınları ilə iş, plastik kütlə istehsalında işlə məşğuldurlar. CareeCastın verdiyi məlumata əsasən çətinləşdirilmiş istehsalın artması qazma dəzgahı operatorlarının da əmək bazarına böyük təsir etmişdir. Bu istehsalatda texnologiyanın inkişafı daha az adamın işə cəlb olunmasını təmin edir.

Doqquzuncu peşə poliqrafiya əməkdaşlarıdır. Yuxarıda qeyd etdiyimiz kimi bu gün insanların informasiyanı müəyyən texnologiya vasitələrindən alması və kağızdan istifadənin azalması bu sahənin də sonunu yaxınlaşdırıb.

Onuncu və nəhayət sonuncu karyera sahəsi Vergi Müfəttişləri və toplayıcılarıdır. Düzdür bugün ölkəmizdə bu peşə sahəsi populyarlığını qismən saxlasa da, artıq dünyada gedən inkişaf bu sahəyə də öz təsirini göstərmişdir. Belə ki, hər bir sahənin avtomatlaşdırılması bu sahənin də yox olmasına gətirib çıxarır.

Aparılan araşdırmalardan da məlum oldu ki, texnologiyanın inkişafı ənənəvi peşə sahələrini və digər karyeraları tənəzzülə uğratmışdır. Buna görə də peşə seçərkən 100 ölçüb bir biçin.