''1 saniyə'' nin informasiya sistemlərinə gözlənilən təsiri

''1 saniyə'' nin informasiya sistemlərinə gözlənilən təsiri
730

Bildiyiniz kimi 2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da (Bakı vaxtı 1 iyul 04:59:59 UTC +5 olacaq) dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilmişdir və kompüterinizdə həmin anda vaxt 23:59:60 kimi əks oluna bilər.
Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə dünya saatına edilən oxşar dəyişiklik nəticəsində bir sıra məhşur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxmışdır.

Belə ki, komputerdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt parametrlərini atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini komputer qurğuları sistemdə səhvlik kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər. Buna görə də bir çox məşhur şirkətlər həmin tarixdən 20 saat əvvəl öz NTP serverlərinə xüsusi dəyişiklikləri tətbiq edərək sistem saatlarını təqribi olaraq bir milyondan 14 saniyəyə yavaşladırlar. Belə ki 20 saatlıq "yavaşlamadan" sonra sistemdəki vaxt artıq tədricən dəyişərək tənzimlənmiş vaxta keçir. Qeyd edək ki, bu hallar daha çox server və mürəkkəb informasiya sistemlərinə təsir edə bilər.

Mənbə: http://www.cert.az