“Zirvə idman klubu” peşəkar idmançilar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik olan bir idman klubudur. Klub idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. İdmanla məsğul olmaq istəyən hər bir insan yaşadığı məkandan, milliyətindən və yaşından asılı olmayaraq “Zirvə İdman klubu”na üzv olmaq hüququna malikdir. Klub üzvləri heç bir təşkilatdan və ya federasiyadan asılı olmayaraq müntəzəm olaraq məşq şəraiti və yarışlarda iştirak etmək hüququ ilə idmanklubu tərəfindən təmin olunmaqdadırlar. “Zirvə idman klubu” üzvlərinin yaşadığı şəhər və kəndlərdə bir çox idman komplekslərini inşa etməyə müvəffəq ola bilmişdir.
Klubun mərkəz bazası Xırdalan şəhərində yerləşır. Ərazisi 12 ha olmaqla 50 000 kv.m. qapalı sahəyə malik bu möhtəşəm kompleks artiq minlərlə olan klub üzvlərinə ləyaqətlə xidmət edir. 2013-cü il klubun üzvləri beynəlxalq səviyyəli yarışlardan 32 medal qazana bilmışlər. Klubun yüzə yaxın fərqlənən üzvləri mənzillə təmin olunmuşlar. Bundan başqa yüzə yaxın idman yarışları yüksək səviyyədə klub rəhbərliyi tərəfindən təşkil olunmuşdur. Yarışlarımızın təşkilat komitəsi 2015-ci ildə minlərlə idmançının iştirak edə biləcəyi “1-ci Ümümdünya Zirvə Oyunları “ -nı ən yüksək səviyyədə keçirməyi nəzərdə tutub.