Zenfira Gurbanova Fashion Designer moda leyblı Bakida yaradılıb. Markanın yaradıcısı və kreativ direktoru dizayner Zenfira Gurbanova öz leyblı altında lüks qadın geyimlərini uğurla buraxır. Bu gün bu adı zərif və incə geyimlərin həvəskarları olan hər kəs yaxşı tanıyır. Zenfira Gurbanova Fashion Designer brendinin geyimləri öz biçimi ilə insanı ovsunlayır: paltarı asanda onlar torbaya bənzəsə də əyinə geyindikdə, siz hündür boy və incə qadına çevrilirsiniz. Bu markanın geyimlərini mütləq geyinib-ölçmək lazımdır. Bununla yanaşı Zenfira Gurbanova Fashion Designer moda evi zərif və zəngin daxili dünyası olan obrazlar yaradır. Bahalı parçalar – nazik yun, şifon və atlas – obraza incə və əlçatmaz hiss qatır. Dizaynerin sevimli materialları – ipək, kəşmir, pambıq, dəri və yundur. Hazırda Zenfira Gurbanova brendinin butiki Bakı şəhərində Heydər Əliyev Sarayının arxasında yerləşir.