"Zara" şirkəti 1975-ci ildə İspaniyanın Qalisiya bölgəsində, ailə biznesi tərkibində Rozaliya Mera və Ameniko Orteqa tərəfindən yaradılmışdır. Onlar cəmi bir neçə ilə şirkəti genişləndirərək 70 ölkəni əhatə etməklə dünyaca məşhur ola bilmişlər. Şirkət pərakəndə satışı sayəsində dünya moda sahəsində aparıcı şirkətlərdən biridir. Brendin məhsulları keyfiyyəti və sərfəli qiyməti ilə bütün alıcıların tələblərinə cavab verə bilər. Şirkətin fəaliyyəti daim genişlənir, belə ki, şirkət reklama yox, daha yaxşı məhsul istehsal etməyə sərmayə qoyur.
Zara şirkətini digər şirkətlərlə müqaisə etsək, avropadan kənarda cəmi bir neçə istehsalçı fabriki var, amma şirkət 5 dəfə artıq məhsul istehsal edir. Şirkəti illik geyim istehsalı 11 mindən artıqdır. Alıcılar arasında polulyar olan geyimləri hər mövsüm yenilənir. Məhsulun dizayner tərəfindən çizilməsi və fabrikdə istehsal olunması arasında vaxt aralığı 1 aydır. Bu şirkətə dəb tendensiyalarının tez-tez dəyişməsinə rəğmən populyar qalmağa imkan verir. 2010-cu ildən “Zara” ABŞ, Asiya və Avropada onlayn-satş xidmətini təqdim edir. Şirkət “Nərgiz Qaleriya” ticarət mərkəzində ilk mağazasını açmaqla Azərbaycan bazarına daxil oldu.