Bakının ilk və yeganə Yapon İsakaya barı Zakura moda və restoranlar mərkəzi sayılan fəvvarələr meydanında, yenicə təmir olunmuş qədim şəhər binalarından birində yerləşir. Burada siz sərbəst mühit, diqqətli xidmət, yüksək keyfiyyətli yemək, premium içkilər, son dəb musiqi və eleqant dizayn kəşf edəcəksiniz. Zakurada xidmət "birinci gələn - birinci secir" prinsipi ilə yerinə yetirilir. Yerlərimiz məhdud saydadır. Əsl Yapon İsakaya Barı və müasir lüks butik yer olan Zakura mərkəzi Londondakı beynəlxalq restoran mütəxəssisləri olan Blue Sky Hospitality tərəfindən hazırlanıb. Aşbaz və barmenlərimiz dünyanın ən məşhur restoran və barlarında təcrübə keçmişlər və istədiyiniz sifarişi həvəslə hazırlayırlar.