“Yüksək Texnologiyalar Parkı” – “YT Park” məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 05.11.2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmışdır.“Yüksək Texnologiyalar Parkı”nın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi məqsədi ilə Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır.Cəmiyyətin fəaliyyətinin əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları, digər yeni və yüksək texnologiya sahələri üzrə fəaliyyətin inkişafı, Parkda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, rezidentlər üçün əlverişli şəraitin yaradılması və onların dəstəklənməsi, biznes və texnoloji inkubatorlar, texnoloji transfer və elmi tədqiqat mərkəzləri vasitəsi ilə Parkda innovasiya məkanını yaratmaqdan və innovasiya fəaliyyətini inkişaf etdirməkdən ibarətdir.
Parkın əsas məqsədi iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafının təmin edilməsi, yüksək texnoloji sahələrin inkişafının sürətləndirilməsi, digər sahələrin müasir texnologiyaların, yüksək texnologiyalı məhsul və xidmətlərin istifadə edilməsi hesabına stimullaşdırılması, elmi-texniki və innovasiya fəaliyyətinin, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, elmtutumlu və yüksəktexnoloji məhsulların istehsalının dəstəklənməsinin təşkil edilməsi, informasiya və kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sənaye sahələrinin inkişafı üçün münbit şəraitin və infrastrukturun yaradılmasıdır. Sadalanmış prioritet sahələrdən əlavə bir sıra başqa sahələrində inkişafı nəzərdə tutulur. Bu sahələr