YUKOR Business Consulting xəritədə

YUKOR Business Consulting

Bakı, Səbail rayonu, Məmməd Əmin Rəsulzadə küçəsi AZ1000 *** 11 səs

YUKOR Business Consulting haqqında

Yukor MMC müştərilərinə Peşəkar, Keyfiyyətli və Güvənli işgüzar məsləhət xidmətlərini təqdim edir. Xidmətlərimiz Maliyyə, Mühasibatlıq, Audit, Hüquq, Layihə idarəetməsi, Marketinq məsləhətləri, İT sahələrini əhatə edir. Peşəkarlıq: Biz yalnız peşəkarlarla əməkdaşlıq edirik. İşçilərimiz, məsləhətçilərimiz və partnyorlarımız öz sahələrində brendləşmiş təcrübəli mütəxəssislərdir. Keyfiyyət: Gördüyümüz hər bir işdə keyfiyyət adımızdır. Fəaliyyətdə olduğumuz dövrdə bazarda keyfiyyətli xidmətlə müştərilərimizin rəğbətini qazanmışıq. Güvən: Şirkətimiz müştərilərimizin biznes məlumatlarının və kommersiya sirrlərinin qorunmasına xüsusi diqqət yetirir.

Yukor şirkətinin xidmətləri

Maliyyə İdarəetməsi:  maliyyə axınlarının optimallaşdırılması, maliyyə sxeminin bərpası və təhlili, investisiya layihələrinin işlənməsi, maliyyə risklərinin təhlili, idarəetmə xərclərinin azaldılması.

Vergilər və vergiqoyma: vergi planlaşdırması (vergiqoymanın optimallaşdırılması), vergi uçotunun təşkili, vergiqoyma və vergi qanunvericiliyi məsələlərinə dair məsləhətlərin verilməsi.

  • Mühasibat uçotunun təşkili;
  • Mühasibat uçotunun aparılması (mühasibat xidməti);
  • Mühasibat uçotunun bərpası;
  • Mühasibata dair məsləhətlər İlkin mühasibat sənədlərinin emalı;
  • Bank sənədlərinin hazırlanması;
  • Nağd hesabların idarə edilməsi;
  • Əmək haqqı üzrə cədvəlin və hesablanmış vergilərin ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması;
  • Aylıq vergi deklarasiyalarının hazırlanması;
  • ƏDV haqqında hesabatların hazırlanması;
  • Vergi tutulmaları haqqında hesabatların hazırlanması;
  • Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması;
  • Dövlət Sosial Müdafiə Fondu üçün hesabatların hazırlanması;
  • Əsas vəsaitlərin amortizasiyasının hesablanması;
  • Şirkətin balansının hazırlanması;
  • Balansa əlavələrin hazırlanması;
  • Gəlir və ziyanlar haqqında hesabatın hazırlanması;
  • Baş ofis üçün bütün lazımi hesabatların hazırlanması;
  • Beynəlxalq standartlar üzrə hesabatların hazırlanması.

Bütün növ müqavilələrin tərtib olunması, müştəri tərəfindən verilən müqavilələrin hüquqi təhlili: İcarə müqaviləsi, borc müqaviləsi, təchizat müqaviləsi, əmək müqaviləsi, sessiya müqaviləsi (tələb etmə hüququn güzəşti), borcun köçürülmə müqaviləsi, algı-satqı müqaviləsi, kredit müqaviləsi, satınalma müqaviləsi, sazişlər və anlaşmalar.

  • Layihəsənədləri
  • Layihənizamnaməsi
  • Layihəplanı
  • Layihəninyekunhesabatı
  • Missiyavəhədəflər
  • Şirkətinmissiyasənədi
  • Korporativhədəflərinsiyahısı
  • AnalizCaribiznesmodelinhazırlanması
  • SWOTanalizi(daxilivəxaricimühit)
  • Rəqiblərinanalizi
  • Gəlirzənciristrukturununanalizi
  • Strategiyanınformalaşdırılması
  • Müqayisəliüstünlükmodeli
  • Ansoffmatriksi(böyüməmodeli)
  • Rəqabətstrategiyası
  • Gəlirzənciristrukturu
  • Strategiyanınicrası
  • Şirkətinidarəetməstrukturu
  • Əsasbiznesproseslərininaxışı(flowchart-lar)
  • İllikfəaliyyətplanları
  • Fərdiplanlar
  • Əsasperformansgöstəriciləri
  • Nəzarətvəkontrol
  • Parametrlərvəhədəfdəyərlərinsiyahısı
  • Nəzarətvədəyərləndirməformu
  • Nəzarətqrafiki

Hüquqi və fiziki şəxslərin qeydiyyatı: hüquqi şəxslərin ilkin qeydiyyatı, lazımi sənədlərin toplanması və notariat orqanında təsdiqlənməsi, möhür və ştampların alınması, bank hesabının açılması prosedurlarının həyata keçırilməsində hüquqi yardımın göstərilməsi. hüquqi şəxsin yenidən təşkil edilməsi, təsisat sənədlərinə dəyişikliklərin edilməsi, hüquqi şəxsin ləvğ edilməsi və s.,

Miqrasiya məsələləri:əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətlərin göstərilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığından çıxma və vətəndaşlığına bərpa ilə bağlı xidmətlərin göstərilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar xidmətlərin göstərilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə bağlı xidmətlərin göstərilməsi.

  • Patentlərin, ticarət nişanların və digər aidiyyəti sənədlərin alınmasında köməkliyin göstərilməsi
  • Müxtəlif məsələlərlə bağlı hüquqi rəylərin verilməsi
  • İddia ərizələrin, şikayətlərin, vəsatətlərin hazırlanması
  • Məhkəmələrdə və digər dövlət orqanlarında təmsilçilik
  • Hüquqi məsləhətlərin verilməsi: Şifahi məsləhətlər Yazılı şəkildə məsləhətlər
  • Təşkilatların daxili sənədləşmənin (kargüzarlıq) aparılması (əmrlər, sərəncamlar, nizamnamələr, təlimatlar, məktublar və s.)
  • Lisenziyalaşdırma üzrə hüquqi yardımın göstərilməsi
  • Digər hüquqi xidmətlər
  • Həmçinin mühasibat üçotu üzrə abonent xidmətlərin göstərilməsi
  • İnzibati-iqtisadi işlər
  • İnzibati xəta işləri
  • Xarici ölkələrdə şirkətlərin qeydiyyatı (o cümlədən offşor şirkətlər)