Yukor MMC müştərilərinə Peşəkar, Keyfiyyətli və Güvənli işgüzar məsləhət xidmətlərini təqdim edir. Xidmətlərimiz Maliyyə, Mühasibatlıq, Audit, Hüquq, Layihə idarəetməsi, Marketinq məsləhətləri, İT sahələrini əhatə edir. Peşəkarlıq: Biz yalnız peşəkarlarla əməkdaşlıq edirik. İşçilərimiz, məsləhətçilərimiz və partnyorlarımız öz sahələrində brendləşmiş təcrübəli mütəxəssislərdir. Keyfiyyət: Gördüyümüz hər bir işdə keyfiyyət adımızdır. Fəaliyyətdə olduğumuz dövrdə bazarda keyfiyyətli xidmətlə müştərilərimizin rəğbətini qazanmışıq. Güvən: Şirkətimiz müştərilərimizin biznes məlumatlarının və kommersiya sirrlərinin qorunmasına xüsusi diqqət yetirir.
Maliyyə İdarəetməsi: maliyyə axınlarının optimallaşdırılması, maliyyə sxeminin bərpası və təhlili, investisiya layihələrinin işlənməsi, maliyyə risklərinin təhlili, idarəetmə xərclərinin azaldılması.
Vergilər və vergiqoyma: vergi planlaşdırması (vergiqoymanın optimallaşdırılması), vergi uçotunun təşkili, vergiqoyma və vergi qanunvericiliyi məsələlərinə dair məsləhətlərin verilməsi.
Bütün növ müqavilələrin tərtib olunması, müştəri tərəfindən verilən müqavilələrin hüquqi təhlili: İcarə müqaviləsi, borc müqaviləsi, təchizat müqaviləsi, əmək müqaviləsi, sessiya müqaviləsi (tələb etmə hüququn güzəşti), borcun köçürülmə müqaviləsi, algı-satqı müqaviləsi, kredit müqaviləsi, satınalma müqaviləsi, sazişlər və anlaşmalar.
Hüquqi və fiziki şəxslərin qeydiyyatı: hüquqi şəxslərin ilkin qeydiyyatı, lazımi sənədlərin toplanması və notariat orqanında təsdiqlənməsi, möhür və ştampların alınması, bank hesabının açılması prosedurlarının həyata keçırilməsində hüquqi yardımın göstərilməsi. hüquqi şəxsin yenidən təşkil edilməsi, təsisat sənədlərinə dəyişikliklərin edilməsi, hüquqi şəxsin ləvğ edilməsi və s.,
Miqrasiya məsələləri:əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətlərin göstərilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığından çıxma və vətəndaşlığına bərpa ilə bağlı xidmətlərin göstərilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar xidmətlərin göstərilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə bağlı xidmətlərin göstərilməsi.