Yeni Memar xəritədə

Yeni Memar

Bakı, Nəsimi rayonu, Həsənoğlu küçəsi, 4 AZ1033 *** 1 səs

Yeni Memar haqqında

“Yeni Memar” Şirkəti təsis olunduğu 1997-ci ildən fəaliyyət göstərir. 29 oktyabr 2010-cu il tarixində şirkətinin təşkilati-hüquqi forması dəyişdirilmişdir və “Yeni Memar” şirkətinin bazasında “Yeni Memar” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır. Şirkətimiz istənilən çətinlik dərəcəli layihələrin hazırlanması və aparılmasında geniş təcrübəyə malik olan yüksək səviyyəli peşəkar memar, dizayner və mühəndislərdən ibarətdir. Şirkətimizin fəaliyyət dairəsi kifayət qədər geniş olmaqla tikinti və mühəndis məsləhətləri sahələrində tam xidmətlər göstərir. Təfərrüatı ilə, buraya istər ictimai və sənaye binaların, tikililərin və onların infrastrukturlarının istərsədə nümunəvi və yaxud fərdi layihə üzrə hazırlanmış istirahət zonaları, şəhərkənarı bağ evlərinin və hər hansı digər yerləşgə və binaların memarlıq dizaynı, layihələndirilməsi və “tam təhvil” tikintisi və həmçinin də yüksək keyfiyyətli yerli və xarici tikinti materiallarından istifadə edərək bina və yerləşgələrin bəzək işləri, hər hansı çətinlik dərəcəlı təmiri, tam yenidən qurulması və mühəndis sistemlərinin quraşdırılması və yaxud cari təmiri daxildir.

Yeni Memar Şirkətinin xidmətləri

Apardığımız tikinti işlərin keyfiyyətli idarə olunmasını təmin etmək məqsədilə Şirkətimiz ISO 90012008 Sertifikatını əldə etmişdir. Bütün mərhələlərdə aparılan işlərin keyfiyyətli icra olunması üçün lazımı müvafiq mühəndis və müəllif nəzarətini təmin edirik. Şirkətimiz öz Sifarişçiləri ilə əlaqələri daim saxlayır və inkişaf etdirir. Bu əlaqələr qarşılıqlı etimad və səmimiyyət əsasında qurulmuşdur. İstedadlı və peşəkar olan işçilərimiz Sifarişçilərin bütün ideyalarını həyata keçirmək və hər bir layihənin fərdi şəkildə həll olunmasını təmin etmək üçün çalışırlar. Şirkətimiz göstərilən sahələrdə geniş praktiki iş təcrübəsinə malik olmaqla aşağıdakı xidmətləri təklif edir.

  • Memarlıq və dizayn;
  • Landşaft dizaynı və layihələndirməsi;
  • Texniki-mühəndis layihələndirməsi;
  • Tikinti (sıfırdan “tam təhvil”-ə qədər tikinti işləri);
  • Təmir (bina, ofis, mənzil və hər hansı digər yerləşgələr);
  • Plitə döşəmə işləri;
  • Sanitar texniki işlər;
  • Elektrotexniki işlər;
  • Divar işləri;
  • Binövrənin hazırlanması;
  • Döşənmə;
  • Divarların hörülməsi;
  • Konstruksiyaların quraşdırılması;
  • Uyğunlaşdırma və seçim mebelin və dekor elementlərinin uyğunlaşdırması.