Ağdəniz mətbəxini sevənlər və bəyənənlər üçün “Yelkən” restoranı əla seçimdir. Burada olan yeməklər həmişə dadlı, ləzzətli, doyumlu və faydalıdır. Peşəkar aşbazların hazırladığı və Sizə təqdim etdiyi ləzIz yeməklərdən doymayacağınız. Zəngin Ağdəniz təamları məhz burada hazırlanır. Restoranda Ağdəniz mətbəxinin ən dadlı nümunələrini sifariş vermək mümkündür: şorbalar, ət və tərəvəz yeməkləri, xəmir xörəkləri, içkilər, şirniyyatlar və s. Restoran eyni zamanda 150 müştəriyə xidmət göstərə bilir. Restoranın içərisində 62, ətrafında isə 88 qonağımız eyni vaxtda istirahət edə bilər. Restoranın dənizə açılan mənzərəsi var.