Yarasa xəritədə

Yarasa

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 42/44 AZ1065 *** 1 səs

Yarasa haqqında

"Yarasa Ltd." Şirkəti 1996-cı ildən fəaliyyət göstərir və Azərbaycanın mühafizə və təhlükəsizlik sistemləribazarında tanınmış liderlərdən biridir. 1998-ci ildən “Yarasa Lltd.” və Respublikanın DİN Baş Mühafizə İdarəsinin birgə layihəsi üzrə Azərbaycanda ilk olan “Yarasa-Informer”məlumat-texniki xidməti fəaliyyətə başlayaraq, sutkada 24 saat ərzində radiosiqnal və telefon xətti vasitəsilə qorunan obyektlərin gecə-gündüz mərkəzi müşahidəsini təmin edir (3000-ə yaxın obyekt). Qorunan obyektə icazəsiz giriş zamanı siqnalizasiya sistemi avtomatik işə düşür, həyəcan siqnalı dərhal növbətçi operatorun pultuna daxil olur, oradan isə təcili olaraq çevik polis alayına ötürülür və onlar hadisə yerinə gəlir. Bununla da Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Respublikası DİN BMİ və “Yarasa Ltd.”özəl şirkəti arasında müqaviləyə əsasən, dövlət və şəxsi mülkiyyət obyektlərinin mərkəzləşdirilmiş mühafizəsi üzrə layihə həyata keçirilmişdir. Bundan başqa, "Yarasa Ltd."şirkəti quraşdırılmış bütün sistemlərin (həm köhnə, həm də müasir) texniki dəstəyini həyata keçirir, qorunan obyektlərdə quraşdırılmış texniki mühafizə sistemlərini tədricən daha təkmilləşdirilmiş və indiki dövrün tələblərinə cavab verən sistemlərlə müasirləşdirir.