XXI Əsr Beynəlxalq Təhsil və Innovasiya Mərkəzi xəritədə

XXI Əsr Beynəlxalq Təhsil və Innovasiya Mərkəzi

Bakı, Yasamal rayonu, İnşaatçılar prospekti, 30 AZ1065 *** 2 səs

XXI Əsr Beynəlxalq Təhsil və Innovasiya Mərkəzi haqqında

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi (BTİM) 2001- ci ildə təsis edilmişdir və hal- hazırda Bakı şəhərinin ən qabaqcıl tədris mərkəzlərindən biridir. Mərkəzin müasir standartlara cavab verən maddi-texniki bazası, lisenziyalara malik olması sabitliyə və etibarlığa zəmanət verir.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin fəaliyyəti

BTİM – in nəzdində məktəbəqədər təhsil (uşaq bağçası, məktəbəhazırlıq şöbəsi) və orta ümumtəhsil məktəbi günüuzadılmış iş rejimində fəaliyyət göstərir.Mərkəz həftənin 5 günü – saat 8:45 – dən 18:00 –a qədər işləyir.Bağçaya uşaqlar 3 yaşından qəbul edilir. Uşaqlar həkim – dietoloq tərəfindən təsdiq edilmiş menyuya əsasən gündə 4 dəfə qidalanır. Bağçanın tədris planına ingilis dili və məntiqi inkişaf etdirən müxtəlif fənlər daxil edilmişdir.Məktəbəhazırlıq şöbəsinə uşaqlar 5 yaşından qəbul edilirlər.

Mərkəzdə tədris

Mərkəzdə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. 15- ə yaxın ixtisaslaşdırılmış kurslar və dərnəklər fəaliyyət göstərir.Mərkəzin şagirdləri 5-ci sinifdən etibarən seçimə görə fransız, alman və ya ispan dilləri kurslarında iştirak edə bilərlər.BTİM – də aşağıdakı xidmətlər fəaliyyət göstərir : psixoloji, iaşə, tibbi, mühafizə və təhlükəsizlik, hüquqi və s.2003- cü ildən etibarən tədris prosesində müəllifi Moskva şəhərinin Lomonosov məktəbinin elmi rəhbəri və təsisçisi p.e.n M.A. Ziganov olan “İntellekT” təhsil texnologiyası tətbiq edilmişdir. Bizim şagirdlər Beyəlxalq “İntellekT” Olimpiadasının iştirakçılarıdırlar.

2008-ci ildə BTİM Beynəlxalq Kembric ibtidai təhsil “CİPP” proqramının keçirilməsi haqqında lisenziya və orta təhsil üzrə Beynəlxalq “İGCSE” ümumi sertifikat almışdır. BTİM – də Kembric Beynəlxalq Mərkəzi AZ004 kodu altında fəaliyyət göstərir.2010 – cu ildən isə Beynəlxalq “TOEFL İBT” imtahan mərkəzi fəaliyyətə başlamışdır. Həmçinin həftədə bir dəfə mərkəzdə sınaq imtahanları da keçirilir.BTİM –in daxilində “Pre- TOEFL” ingilis dilinin təkmilləşdirilməsi üzrə kurslar fəaliyyət göstərir.Gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyən 10–11 sinif şagirdləri üçün ingilis dilində Beynəlxalq Bakalavriat Diplom Proqramı (“ İBDP”) fəaliyyət göstərir.