Xızı Rayon Məhkəməsi xəritədə

Xızı Rayon Məhkəməsi

Turqut Özal küçəsi, Xızı AZ8000 *** 0 səs

Xızı Rayon Məhkəməsi haqqında

Xızı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Xızı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.Xızı rayonu 1930-cu ildə yaradılmışdır. 1956-cı ilin sonlarında rayon Sumqayıt şəhərinə birəşdirilmiş daha sonra 1963-cü ildə Abşeron rayonunun ərazisinə daxil edilmişdir. 1990-cı ildə Xızı rayonu Abşeron rayonunun tərkibindən çıxarılaraq müstəqil rayon statusu almışdır. Xızı Rayon Məhkəməsi 1990-cı ildə yaradılmışdır (Əvvəlki adı Xızı Rayon Xalq məhkəməsi olmuşdur). Əhalisinin sayı 15 min 62 nəfərdir (21 iyun 2011). Ərazisi 1850 km²-dir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Xızı rayonunda 3 min 136 nəfər qaçqın, 391 nəfər məcburi köçkün məskunalşmışdır. Rayon Siyəzən, Şamaxı, Sumqayıt və Abşeron inzibati ərazi vahidləri ilə həmsərhəddir.