Azərbaycan və türk milli mətbəxinə aid hər cür təamlardan burada dada biləcəksiniz. Restoranda qonaqları müxtəlif yeməklər - isti və soyuq xörəklər, qəlyanaltılar və yayın istisində sərinləmək üçün istənilən sərinləşdirici içkilərlə təmin edən peşəkar aşpazlar çalışır. Azərbaycan və türk milli mətbəxinin əsl və unudulmaz dadını hiss etmək istəyənlər yolunu buradan sala və sevdikləri yeməkləri sifariş verə bilərlər. “Xəzri” restoranı eyni zamanda 218 müştəriyə xidmət göstərə bilir. Restoranın içərisində 98, ətrafında isə 120 nəfər yerləşir. Restoranda xüsusi dəniz mənzərəsi açılır, həmçinin “Mayak” restoranının ecazkar görüntüsü adamı valeh edir.