Xaçmaz Rayonu İcra Hakimiyyəti xəritədə

Xaçmaz Rayonu İcra Hakimiyyəti

Xaçmaz, M.Ə. Rəsulzadə küçəsi, 10 AZ2700 *** 0 səs

Xaçmaz Rayonu İcra Hakimiyyəti haqqında

Xaçmaz rayonu 1930-cu il avqust ayının 8-də inzibati ərazi kimi təçkil olunmuşdur. Rayonda 2 şəhər, 2 şəhər tipli qəsəbə, 147 kənd yaşayış məntəqəsi vardır. Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası ilə , qərbdən Qusar və Quba rayonları ilə , cənubdan Dəvəçi rayonu ilə, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, RF-si ilə sərhəddi 14 km təşkil edir.

Xaçmaz rayonunun tarixi

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır.Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur.
1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir.Sonradan bu ad transformasiyaya uğramışdır.VII əsrin ortalarından başlayaraq,mənbələrdə Xaçmaz şəklində rast gəlinir.Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər.

Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır.V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.

Rayonda 1999-cu ildə ilk bələdiyyə seçkiləri zamanı 61 bələdiyyə təşkil edilmiş, 2004-cü ilin seçkiləri zamanı isə bələdiyyələrin sayı 70 olmuşdur. 2004-cü ildə 2 şəhər, 2 qəsəbə və 66 kənd bələdiyyəsinə 572 nəfər üzv seçilmişdir. 2004-cü ildə Rusiya və Azərbaycan arasındakı hökümətlərarası razılaşmaya əsasən Rusiyaya əvvəllər icarəyə verilmiş iki kənd, Xraxoba və Uryanoba kəndləri Xaçmaz rayonunun tərkibinə qaytarılmışdır.