World Education tədris və tərcümə mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Bizim təhsil mərkəzinin yaranma səbəbi uşaqlarımızın sərbəst, məntiqli və savadlı olmasını təmin etməkdir.World Education tədris və tərcümə mərkəzində çalışan müəllimlərin əksəriyyəti gənc, savadlı və təcrübəlidirlər. Bu təhsil müəssisəsində çalışan müəllimlər öz ixtisaslarını yüksək səviyyədə bilən mütəxəssislər arasından seçilir. İxtisas imtahanından uğurla keçən müəllimin dərsi kurs rəhbərliyi və fənn metodistləri tərəfindən dinlənildikdən sonra işə qəbul olunur. Peşə hazırlıqlarını artırmaq məqsədi ilə müəllimlər üçün mütəmadi olaraq seminarlar təşkil edilir.Ali məktəb və magistratura imtahanlarinı müvəffəqiyyətlə kecən tələbələrin nəaliyyətləri World Education tədris və tərcümə mərkəzindəki təhsilin yüksək keyfiyyətindən xəbər verir.
Bu uğura bütün fənlərin sistemli və kompleks şəkildə tədrisinin sayəsində nail olunmuşdur. Dərslər 5-6 nəfərlik qruplar halında həftədə 3 dəfə olmaqla tədris olunur. Tədris proqramı orta məktəb dərsliklərinə əsaslanaraq TQDK-nın elan etdiyi qəbul proramlarına görə tətbiq edilir. Dərs prosesi zamanı tələbələr təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri biliklərə yiyələnir, həm də bu biliklərin test üzərində tətbiqini sinayirlar.Bundan başqa World Education tədris və tərcümə mərkəzidə az yaşli uşaqların məktəbəqədər hazirlığı tədris edilir. Məktəbəqədər hazırlıq həm rus həm də azərbaycan bölmələri üzrə fəaliyyət göstərir.Bu qruplarda əlifba,riyaziyyat,məntiq,ingilis dili öyrədilir. Bunlardan əlavə uşaqlar üçün rəsm,rəqs, gimnastika dərnəkləri də fəaliyyət göstərir.
World Education tədris və tərcümə mərkəzidə:
Təcrubəli müəllimlərimiz sayəsində qısa müddət ərzində dərin biliklərə yiyələnə bilərsiniz.