Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri.1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir(həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur).Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.Üzv dövlətlərin sayı 190-dır. ÜST-ün əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır".
ÜST-ün ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-ün büdcəsini müzakirə və qəbul edir.Assambleyalararası dövrdə ÜST-ün fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. İcraiyyə Şurası Assembleyanın qərarlarını həyata keçirir, onun günəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür. ÜST-ün inzibati orqanı başda Baş direktor olmaqla, Katiblikdir.Katiblik İcraiyyə Şurasına tabedir və onun rəhbərliyi altında fəaliyyət göstərir. ÜST-ün nəzdində altı regional təşkilat fəaliyyət göstərir.
Ümumdünya Səhiyyə Assambleyasının sessiyası hər il yığılır. Beynəlxalq Səhiyyə Təşkilatının yerləşdiyi yer – Cenevrə. ÜST-nın məqsədi sülh və təhlükəsizliyin əldə edilməsinin əsas faktoru olan bütün dünya xalqlarının sağlamlığına nail olmaq üçün beynəlxalq əməkdaşlığa kömək etməkdir. ÜST-nın əsas fəaliyyəti beynəlxalq sanitar qaydalarının işlənib hazırlanması və xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə istiqamətinə yönəlmişdir. ÜST bütün dünya əhalisinin sağlamlığının maksimum möhkəmləndirilməsinə yönəldilən proqramın həyata keçirilməsini təşkil edir.