«VM» Şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Bizim mütəxəssislər müxtəlif mülkiyyət formalı müəssisələr ilə iş üzrə böyük təcrübəyə malikdirlər və arxiv xidmətlərinin təminatı ilə bağlı məsələləri həll etməyi: skan etməni, cildləməni (cildləmə işlərini), qovluqların kefiyyətli hazırlanmasına təminat veririk.Siz bizdə standart yanaşma tapa bilməzsiniz. Hər bir sifariş bizim üçün fərdidir və fərdi həllini tapır. Arxiv xidmətlərinin göstərilməsi zamanı biz sizin istəklərinizi, səciyyəvi xüsusiyyətlərinizi, xüsusi şərtlərinizi öyrənirik və işin xarakterini nəzəra almaqla sizə optimal həll təklif edirik.Hər bir sifarişə biz həddindən artıq məsuliyyətli yanaşırıq, çünki başa düşürük ki, sənədləşmə effektli fəaliyyətin əsas amillərindən biridir.
«VM» şirkəti öz müştərilərinə kağız arxivlərini elektron şəkilə peşəkar və keyfiyyətli keçirilməsini təklif edir. Mətn və qrafik məlumatları özündə cəmləşdirən hər hansı çap olunmuş sənəd skan etmə obyekti ola bilər.Sənədlərin skanlaşması konveyer üsulu ilə yüksək məhsuldar skanerlərlə, güclü iş stansiyaları və xüsusi proqram təminatı verilməklə həyata keçirilir.Skan edilmiş mətni PDF, BMP, TIFF, JPEG formatlarda saxlamaq olar. Format seçimi sənədin sonraki istifadə məqsədlərindən asılıdır.Skanlaşma prosesində proqram sənədin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, qüsurları, fonları, perforasiya xətlərini aradan qaldırır, təzad və aydınlığı kökləyir, səhifələri nömrələyir. Ən qeyri-dəqiq çap olunmuş yazı elektron formatda maksimal dərəcədə keyfiyyətli əks olunur. Sənədlər şəkil və ya mətn kimi saxlanıla bilər.
«VM» Şirkəti istənilən mürəkkəb sənədlərin tez və keyfiyyətli cildlənməsini, o cümlədən qeyri-standart cildləməni həyata keçirir.Xidmət zamanı biz sərt cildləmə texnikasını tətbiq edirik, bu da sənədlərlə effektli işin həyata keçirilməsi imkanına zəmanət verir.Bizim köməyimizlə siz asanlıqla öz sənədlərinizə həm gündəlik istifadə üçün, həm də qorunmaq üçün sadə, lakin çox rahat forma verəcəksiniz.
Arxiv qovluğu iş sənədlərinin saxlanması üçün təyin edilir. Qovluq sərt kartondan hazırlanır və A4 formatlı sənədlər üçün nəzərdə tutulur. Qovluqların üzünə sadə və ya rəngli kağızdan tutmuş "bumvinil" yaxud "kolenkor" kimi müxtəlif materiallar yapışdırılır.