2011-ci ilin sentyabr ayında Bakının mərkəzində VİVA şirniyyat evləri açılmışdır. Bu gün VİVA brendi altında geniş çeşidli fransız şirniyyat məhsulları və Şərq şirniyyatları hazırlanır. Şirniyyat evinin cəlbedici vitrinlərində Belçika şokoladı və ətirli çayların müxtəlif növləri təklif edilir. İstehsalatda Avropanın şirniyyat sənətinin klassik reseptləri ilə müasir texnologiyaların sintezindən istifadə olunması, misilsiz dada və əsrarəngiz tərtibata malik şirniyyat məhsullarının şah əsərlərini yaratmağa kömək edir.
Biz məmnuniyyətlə bayramların sevincinə eksklüziv şirniyyatlar qatmaqla Sizinlə bu sevinci bölüşməyə hazırıq . Sizin istəyinizə görə biz fərdi tərtibatla fərqlənən, misilsiz naxışlar ilə bəzədilmiş, eləcə də üzərinə təsvir və ya rəsm vurulmuş müxtəlif növlü tortlar hazırlaya bilərik. Bu əsrarəngiz şirniyyatlar ad günləri, toy mərasimləri, korporativ yığıncaqlar və digər bayram tədbirlərinin əsl bəzəyi olacaq. Şirniyyat butiklərimizin zərif və rahat interyeri bayram ab-havasına uyğunlaşmaq üçün müxtəlif dəbdəbəli qızıl zərlə bəzədilmiş qutular və səbətlərlə müşayiət olunur .VİVA şirniyyat butikləri şəbəkəsində satılan bütün məhsullar, yüksək keyfiyyətli inqrediyentlərdən bütün ərzaq istehsalı normalarına əməl edilməklə hazırlanaraq İSO standartlarına görə sertifikatlaşdırılıb. Ən təzə şirniyyat məhsulları hər gün birbaşa şirniyyat sexindən butiklərə çatdırırlır.