Viva Medical Tibb sektoru xəstəxanalar və özəl klinikaların təchizatı ilə məşğuldur. Viva Medical hər büdcəyə uyğun lazım olan xüsusiyyət və etibarlılığı təmin etməklə həkimlərə böyük dəyər verir. Bizim əsas məqsədimiz sizin əməliyyat otağınızı avadanlıq və cərrahi instrumentlərlə təchiz edən yeganə şirkət olmaqdır.Viva Medical anesteziya maşınları, monitorlar, işıqlandırma, tənəffüs aparatları, cərrahi alətlər, mikroskoplar, defibrilyatorlar və sair məhsulları təklif edir.
2005-ci ildən fəaliyyət göstərən Vivascience – Təhsil və laboratoriya sektoru dizayn və mühəndislik təhsil və tədqiqat üçün avadanlıqların satışı və quraşdırılması ilə məşğuldur. Ali məktəblərdə, kolleclərdə, məktəblər və tədqiqat mərkəzlərində istifadə olunan Vivascience avadanlıqları innovativ dizayn, uyğunluq və keyfiyyətliliyi ilə tanınır.
Ortopediya – Reabilitasiya və Travma avadanlığı sektoru olan Vivafix həmçinin 2005-ci ildə yaradılıb. Biz müştərilərimizə Azərbaycanda yüksək keyfiyyətli avadanlıqlar və məhsullarla xidmət edirik. Vivafix sektoru yumşaq ortopedik (korsetlər, Immobilizer, ortezlər, boyunluqlar), reabilitasiya (əlil arabaları, əsalar) və travma məhsullarınin (vintlər, plitələr, İlizarov aparatı, xarici fiksatorlar və alətlər) satışı və xıdməti ilə məşğuldur.
Biz, Viva Medical Group olaraq müştərilərə aparıcı məhsullar, xidmət və dəstək, faydalı məsləhət ilə keyfiyyət təminatı tətbiq edirik. Bundan əlavə dizayn, müqavilə, idarəetmə, sifariş, emal, istehsal, test və yoxlama o cümlədən əməliyyatın bütün aspektləri üçün ciddi keyfiyyət təminatı tədbirləri tətbiq olunur. Bütün avadanlıqlar tam keyfiyyət təminatı üçün sənədləşdirilmiş və satış sonrası xidmət və uzun iki illik zəmanət ilə təmin olunur.